Predraq Kojul: Səsvermədə gənclərin xüsusi fəallığını müşahidə etdik

“Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Seçkiləri izləmək üçün bütün beynəlxalq müşahidəçilərə bərabərhüquqlu imkan yaradılmışdı. Səsvermədə gənclərin xüsusi fəallığını müşahidə etdik”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda keçirilən prezident seçkilərini izləyən Bosniya və Herseqovina-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Predraq Kojul müşahidələrin yekunlarına dair Bakıda keçirilən mətbuat konfransında söyləyib.

O, seçkilərin azad və şəffaf şəkildə təşkil edildiyini bildirərək deyib: “Biz 11 seçki məntəqəsində müşahidə missiyasını həyata keçirmişik. Seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün maksimum şərait yaradılmışdı. Həm komissiya üzvləri, həm müşahidəçilər, həm də seçicilərlə təmasda olduq. Təşkilatçılıq yüksək səviyyədə idi. Fiziki məhdudiyyəti olan insanlara səsvermədə iştirak etmələri üçün yaradılan şəraiti də müsbət qiymətləndirirəm”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında