Azərbaycanın idman ictimaiyyəti İlham Əliyevi özünün ən yaxın dostu hesab edir

Cənab İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün xalqımız kimi, idman ictimaiyyətimizi də ürəkdən sevindirdi. Biz seçkilərdə qazanılmış möhtəşəm qələbə münasibətilə möhtərəm dövlət başçımızı ürəkdən təbrik edir, ona gündən-günə çiçəklənən və möhkəmlənən Vətənimiz Azərbaycanın daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Məhz cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda həyatın bütün sahələri kimi, idman da sürətlə inkişaf edir. Bu gün respublikamızın bütün dünyada bir idman ölkəsi kimi tanınması möhtərəm İlham Əliyevin idmanın inkişafına, idmançılara göstərdiyi gündəlik qayğı və diqqət sayəsində mümkün olmuşdur.

Bu gün Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Qüdrətli Azərbaycan, gözəl paytaxtımız Bakı birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Qran--prisi, şahmat, güləş, boks, voleybol və bir sıra digər idman növləri üzrə dünya və Avropa çempionatları, Olimpiya təsnifat turnirləri kimi yarışlara böyük müvəffəqiyyətlə ev sahibliyi edir.

İdmançılarımız da dövlətin, şəxsən ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin qayğısına cavab olaraq xalqımızı dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında, digər yarışlarda qələbə və medallarla sevindirirlər.

Hamımızın şahidi olduğumuz kimi, aprelin 11-də ölkəmizdə prezident seçkiləri çox yüksək səviyyədə , mütəşəkkil şəkildə keçirildi. İnsanlar seçkilərdə yüksək əhval --ruhiyyə ilə iştirak etdilər. Çünki hamı yaxşı bilir ki, cənab İlham Əliyev ölkə üçün, xalq üçün çox böyük işlər görür. Məhz bu işlərin nəticəsidir ki, Azərbaycan hazırda nümunəvi bir ölkəyə çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycanın idman ictimaiyyəti cənab İlham Əliyevi özünün ən yaxın dostu hesab edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın necə böyük, tarixi nailiyyətlər qazandığını bir daha diqqətə çatdırmaq üçün təkcə onu xatırladım ki, müstəqil Azərbaycan Respublikasının idmançıları 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilmiş XXVI Yay Olimpiya Oyunlarında bir gümüş medal qazanmışdılarsa, Rio-de-Janeyro – 2016-da təmsilçilərimiz 18 dəfə fəxri kürsüyə yüksəldilər, onların qələbələri şərəfinə uzaq Braziliyada milli bayrağımız 18 dəfə yüksəklərə ucaldıldı. Əlbəttə ki, bütün bunlar cənab İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi böyük qayğının bəhrəsidir.

Fərid MANSUROV,
Olimpiya çempionu,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında