Seçicilər demokratik və şəffaf şəraitdə öz iradələrini ifadə etdilər

11 aprel prezident seçkiləri Azərbaycanda növbəti dəfə iqtidar - xalq vəhdətini nümayiş etdirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verərək ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısına bir daha öz etimadını göstərdi.

Milli Məclisin deputatı Jalə Əliyeva öz ürək sözlərini belə ifadə etdi:

– Seçkidən öncə keçirilən görüşlər zamanı da Azərbaycan xalqının öz seçimini etdiyi bəlli idi. 11 aprel seçkilərində xalqımız yüksək seçki fəallığı nümayiş etdirərək öz iradəsini ortaya qoydu. Qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevin dövlət və xalq qarşısındakı təmənnasız xidmətlərini yüksək dəyərləndirdi. Seçki günü biz paytaxtın bir sıra rayonlarında olarkən bunun şahidi olduq. Məntəqələrdə yaşanan izdiham, milli birlik və vəhdət diqqətdən yayınmadı. Məhz bu birlik və vəhdətin sevincini axşam saatlarında birgə yaşadıq. Seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra on minlərlə insan küçələrə çıxaraq başları üstündə Azərbaycanın üçrəngli bayrağını fəxrlə dalğalandırdılar. Bu, bütün Azərbaycan xalqının sevinci idi...

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında