“Bu, böyük tarixi qələbədir”

SSRİ-nin və Azərbaycanın Xalq artisti Fidan Qasımova prezident seçkiləri ilə bağlı fikrini belə ifadə etdi.

 O, bizimlə söhbətində bildirdi ki, seçkilərdən onsuz da bu nəticəni gözləyirdik. Xalqımız öz Prezidentini sevir, onun quruculuq əzmini yüksək qiymətləndirir. Mən özüm də səsvermədə iştirak etdim. Seçicilərin necə fəallıq göstərdiyinin canlı şahidi oldum. Axı, başqa cür ola da bilməzdi. Cənab İlham Əliyevin hakimiyyəti dövründə yaradılmış əmin-amanlıq, həyata keçirilən quruculuq işləri göz qabağında deyilmi? Elə mədəniyyət sahəsində nə qədər yeniliklər vardır. Yaxşı bilirəm ki, cənab İlham Əliyevə səs verənlər arasında mədəniyyət və incəsənət xadimləri də kifayət qədər olub.

Seçkilərin nəticələri xalqımızın tarixi qələbəsidir. Bu qələbə münasibətilə xalqımızı təbrik edirəm. İnanıram ki, növbəti yeddi ildə Azərbaycanımız daha da çiçəklənəcək, dünya dövlətləri arasında mövqeyimiz bir qədər də möhkəmlənəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında