M.Zaxarova: Bir sıra siyasi qüvvələrin Azərbaycandakı prezident seçkilərinə mənfi yanaşması hələ seçkilər keçirilənədək aydın görünürdü

Bir sıra siyasi qüvvələrin Azərbaycandakı prezident seçkilərinə mənfi yanaşma meyli hələ seçkilərin özü keçirilənə qədər aydın görünürdü.    

Bunu RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə MDB dövlətləri və Qərb ölkələrinin  beynəlxalq müşahidəçilərinin seçkiləri qiymətləndirməsinin fərqliliyi ilə bağlı sualı cavablandırarkən deyib.  

Onun sözlərinə görə, Qərbdəki bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Qərb ölkələrinin rəsmi nümayəndələri tərəfindən təkcə Azərbaycana deyil, bir sıra ölkələrə qarşı belə münasibət sərgilənir. “Şübhəsiz ki, onlar öz sözlərini deməlidir. Lakin bununla bağlı biz çox gözəl başa düşürdük və deyirdik ki, bir sıra siyasi qüvvələrin Azərbaycandakı seçkiləri mənfi qiymətləndirmə meyli hələ seçkilərin özünədək, bu cür qərəzli və əvvəlcədən formalaşdırılmış yanaşma olduğu zaman aydın idi”, -deyə M.Zaxarova vurğulayıb.    

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında