Rusiyalı müşahidəçi: Azərbaycanda keçirilmiş prezident seçkilərində xalq-iqtidar birliyinin əsl nümunəsini gördüm

Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Seçkilərdə səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçdi.

Bütün gün ərzində seçki məntəqələrində hər hansı qanun pozuntusunun olması barədə Mərkəzi Seçki Komissiyasına heç bir məlumat daxil olmadı. MSK-nın verdiyi məlumata görə, seçkinin gedişini 60 mindən artıq yerli və beynəlxalq müşahidəçi izlədi və onlar heç bir maneə olmadan fəaliyyət göstərdilər. Məntəqələrdə quraşdırılmış 1000 veb-kamera vasitəsilə “online” rejimdə səsverməni birbaşa izləməmək imkanı təmin edildi.

Seçkidə iştirak etmiş müşahidəçi, rusiyalı senator, Aleksandr Başkin öz fikirlərini bizimlə bölüşdü:

– Azərbaycanda keçirilmiş prezident seçkilərini Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyətinin tərkibində maraqla izlədim. Bütün inkişaf etmiş ölkələrdə (Azərbaycan da, şübhəsiz, bura aiddir) seçkilər ümumi beynəlxalq standartlar əsasında keçirilir. Bu, doğru və çox yaxşı məsələdir, çünki demokratik cəmiyyətlər vətəndaşların seçki hüquqlarının reallaşdırılması üçün ümumi standart hazırlayıb. Ona görə də əslində böyük fərqlər olmamalıdır. Əlbəttə, bəzi ölkələrdə müəyyən detallar fərqlənə bilər. Ancaq bütün bunlar seçkilərin təmizliyi və şəffaflığının təminatına yönəlib.

Ən vacibi isə budur ki, Azərbaycanı şəxsən mənim iştirak etdiyim başqa ölkələrdə keçirilmiş seçkilərdən seçki prosesinin həddən artıq şəffaf olması fərqləndirir. Səsvermə nəticəsində Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin yenidən qələbə qazanması isə dövlət başçısının xalqın böyük etimadını qazanması ilə bağlıdır. Mən bunu başqa heç cür izah edə bilmirəm.

Biz Rusiyadan Azərbaycanda son illərdə qazanılan sosial-iqtisadi uğurları maraqla izləyirik. Mən bilirəm ki, Prezident İlham Əliyev ölkənin iqtisadi yüksəlişini təmin etmək üçün nə qədər cəsarətli addımlar atır, genişmiqyaslı, bəzən hətta analoqu olmayan islahatlar həyata keçirir. Neft erasının başa çatmasından sonra Azərbaycanda qeyri-neft sektorunun yüksək sürətlə hərəkətə gətirilməsi ölkə iqtisadiyyatına yeni nəfəs verdi. Bunu İlham Əliyev həyata keçirdi. İndi ölkənin hər yerində - rayonlarda, kəndlərdə insanlar çalışır, əkir-biçir, məhsullarını dünyaya çıxarırlar. Yeri gəldikcə bu məhsullar Rusiya bazarına da asanlıqla ayaq aça bilir. Bütün bunlar bir prezident, layiqli dövlət başçısı kimi İlham Əliyevin öz xalqı qarşısında təmənnasız xidmətləridir. Qədirbilən Azərbaycan xalqı isə bunu görür və seçki prosesində özünün gərəkli sözünü deyir. Mən çox şadam ki, Azərbaycanda xalq-iqtidar birliyinin əsl nümunəsini gördüm.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında