Avropa İttifaqı Regional Komitəsi: Azərbaycanda seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib

Avropa İttifaqı Regional Komitəsinin üzvlərinin müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə dair bəyanatla çıxış edib.

Bununla bağlı təşkil olunan mətbuat konfransında missiyanın rəhbəri Uno Silberq (Estoniya) bəyanatı oxuyub.

Qeyd edilib ki, Avropa İttifaqının Regional Komitəsinin 6 nəfərdən ibarət müşahidə missiyası seçki günü səsvermə prosesini izləyib. “Biz səsvermə günü 46 məntəqədə müşahidələr apardıq. Məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin səsvermə prosesini məhdudiyyətsiz izlədiklərinin şahidi olduq. Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi. Müşahidə qrupunun olduğu əksər məntəqələrdə səsvermə prosesinin onlayn izlənilməsinə şərait yaradan veb-kameralar quraşdırılmışdı. Seçici fəallığı yüksək idi. Səsvermə prosesi dinc şəraitdə keçib. Seçki məntəqələrində səsvermə prosesinə kənar müdaxilələr müşahidə edilmədi”.

Bəyanatda qeyd edilir ki, səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri 3 məntəqədə səslərin sayılması prosesini izləyib. Səslərin sayılması prosesini digər müşahidəçilər də məhdudiyyətsiz şəkildə izləyə və ona nəzarət edə bilirdilər.

Müşahidə qrupunun üzvləri apardıqları araşdırmalar və müşahidələr nəticəsində hesab edirlər ki, Azərbaycanda keçirilən prezident seçkiləri legitimdir. Seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında