Estoniyalı deputat: Beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bilirdilər

“Seçkilər zamanı heç bir qanun pozuntusu qeydə almadıq. Beynəlxalq müşahidəçilər bütün prosesi sərbəst şəkildə izləyə bilirdilər. Apardığımız müşahidələrdən görürdük ki, bütün vətəndaşlar öz seçki hüququndan istifadə edərək istədiyi namizədə sərbəst səs verirdilər. Seçicilərin fəallığı hiss olunurdu. Gənclər xüsusi olaraq fəallıq nümayiş etdirirdilər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Estoniya parlamentinin deputatı Deniss Borodits mətbuat konfransında bildirib.

O qeyd edib ki, bütün məntəqələrdə hər şey qaydasında olub. “Proses yüksək səviyyədə təşkil edilmişdi. Tərəfimizdən hər hansı bir qanun pozuntusu aşkarlanmadı. Məntəqələrdə quraşdırılmış veb-kameralar səsvermənin şəffaflığını təmin edirdi”.

Estoniya parlamentinin digər deputatı İqoq Kravtsenko də seçici fəallığının yüksək olduğunu qeyd edib. O, seçkilərin yüksək səviyyədə baş tutduğunu bildirib. “İnanıram ki, prezident seçkilərindən sonra Azərbaycan-Estoniya əlaqələri daha da inkişaf edəcək”, – deyə deputat vurğulayıb.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında