Sergey Markov: "Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirir"

"Azərbaycanda seçkilər demokratik keçirilib".

APA-nın xəbərinə görə, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bu gün keçirdiyi mətbuat konfransında deyib.

S. Markov bildirib ki, bu seçkilər Azərbaycan xalqının siyasi iradəsinin göstəricisidir: ""Exit-poll"un nəticələrinə baxsaq, İlham Əliyev qalib gəlib və bu nəticə millətin iradəsini əks etdirir. Digər namizədlər lazımi şəkildə öz seçicilərinə müraciət etdilər. Seçkilər Avropa Şurasının standartlarına uyğun keçirilib. Əminəm ki, Avropa Şurasının üzvləri bu seçkiləri demokratik sayacaq.

Bu seçkilər Rusiyada keçirilən prezident seçkilərinə bənzəyir. Hər iki ölkədə xalq tərəfindən sevilən prezident yenidən dəstəkləndi.

Rusiyada Vladimir Putin, Azərbaycanda isə İlham Əliyev prezident seçildi. İlham Əliyevin  belə yüksək göstərici əldə etməsinin ən əsas səbəbi ölkədə yaşayış səviyyəsinin yüksəlməsidir.  Bir də Azərbaycan bu münaqişəli regionda stabil ölkə olaraq qalır. Ümidvaram ki, bu seçkilərdən sonra da Rusiya və Azərbaycan arasında münasibətlər inkişaf etməyə davam edəcək".

S. Markov gələn dəfə seçki məntəqələrinin sayınının artırılmasını da təklif edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında