Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı: “Bugünkü nəticə Azərbaycanın inkişafının təminatıdır”

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının müşahidə missiyası seçkilərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Asəf Hacıyev bildirib ki, Azərbaycanda seçkilər son dərəcə demokratik, şəffaf şəraitdə həyata keçirilib. O, “exit-poll”un nəticələrinə əsasən Azərbaycan prezidenti İlham Əliyevin 83 faiz səs topladığını və prezident seçildiyini diqqətə çatdırıb: “Bu, gələcəyimizə və inkişafa verilən səsdir”.

 Təşkilatın vitse-prezidenti Piter Kanev deyib ki, ilk dəfə Azərbaycanda seçkiləri 12 il əvvəl müşahidə edib: “Əminliklə deyə bilərəm ki, o vaxtdan indiyədək Azərbaycanda seçki sistemi ilə bağlı bir çox işlər görülüb və dəyişikliklər həyata keçirilib. Seçkilərin şəffaf keçirilməsi üçün bu dəfə də bütün zəruri işlər görülüb”.
 
Yunanıstan parlamentinin üzvü Simyon Kedikoğlu iki ölkə arasında uğurlu münasibətin olduğunu diqqətə çatdırıb və əlavə edib ki, Azərbaycanda böyük inkişaf mövcuddur: “Seçki ilə bağlı deyə bilərəm ki, bizim baş çəkdiyimiz məntəqələrin hamısında siyasi partiyaların nümayəndələrinin müşahidə apardığını gördük. Biz onlarla söhbət etdik. Heç birinin seçki prosesi ilə bağlı şikayəti, mənfi rəyi yox idi. Bir məsələni qeyd edim ki, olduqca çox sayda gənc insanların səs verdiyinin şahidi oldum. Mən Yunanıstanda da bu qədər gəncin səsverməyə getməsini müşahidə etmək istərdim. Onu da deyim ki, “exit-poll” keçirilməsi demokratik seçki prosesi baxımından çox önəmli addımdır”. 
 
Təşkilatın vitse-prezidenti Otar Daneliya seçki məntəqələrindəki fəallığın yüksək olduğunu deyib. O, prosesdə heç bir pozuntu ilə qarşılaşmadığını xüsusi vurğulayıb: “Nəzərinizə çatdırım ki, bugünkü nəticə Azərbaycanın inkişafının təminatıdır”. 
 
Çıxış edən digər müşahidəçilər də məntəqələrdə pozuntu olmadığını qeyd ediblər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında