Türk PA müşahidə missiyası: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib

Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) müşahidə missiyası seçkilərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, çıxış edən təşkilatın baş katibi Altunbek Mamaisupov Azərbaycanda keçirilən seçkilərlə bağlı müxtəlif görüşlər keçirildiyini deyib.

Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek Azərbaycanda keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib.

O, bildirib ki, missiya Azərbaycanda olduğu müddətdə çoxsaylı görüşlər keçirib: “Bu gün keçirilən seçkiləri mən və digər həmkarlarım yaxından müşahidə etdik. Bakı, Sumqayıt və Xırdalanda müşahidələr apardıq. Eyni zamanda seçicilər və müşahidəçilərlə söhbətlərimiz oldu. Sevindirici hal odur ki, Azərbaycanda keçirilən bu seçkilərdə fəallıq çox yüksək idi, kameralar yüksək səviyyədə işləyirdi, şəffaflıq təmin olunmuşdu, hər kəs azad şəkildə istədiyi namizədə səs verirdi”.

Haluk İpek əlavə edib ki, seçim prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb: “Xüsusən qeyd edim ki, əlillərin səs verməsi üçün yüksək şərait yaradılmışdı. Türk PA missiyası Azərbaycanda təşkil olunan prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini müşahidə edib”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında