Gürcü müşahidəçi: Azərbaycanda seçki prosesi demokratik seçki standartlarına tamamilə uyğundur

Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına və demokratik seçki standartlarına tamamilə uyğundur.

Bunu Trend-ə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Parlament Assambleyası yanında Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Moxidze deyib.

O bidirib ki, Azərbaycanda səsvermə prosesi sakit qaydada keçirilir: "Missiyamızın baş çəkdiyi bütün seçki məntəqələrinə seçicilərin intensiv gəlişi müşahidə olunur".

G.Moxidze qeyd edib ki, Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına, ATƏT və Avropa Şurasının standartları daxil olmaqla, demokratik seçki standartlarına tamamilə uyğundur.

O əlavə edib ki, səsvermə zamanı heç bir pozuntu qeydə alınmayıb və artıq görünür ki, seçici iştirakı sürətlə artır: "Güman edirəm ki, bu seçkilər indiyədək beynəlxalq müşahidəçi qismində iştirak etdiyim ən yaxşı seçki proseslərindən biridir".

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında