Yunan deputat: “Avropa ilə müqayisədə burada proseslər daha sürətlə gedir”

“Biz bu gün 20-dən çox seçki məntəqəsində olmuşuq. Seçicilər saat 9-dan sonra seçki məntəqəsinə daha çox gəlməyə başladılar, saat 10-dan sonra məntəqələrdə xeyli insan var idi”.

Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Yunanıstan Parlamentinin vitse-prezidenti Dimirtris Kamenos deyib.

Vitse-prezident qeyd edib ki, onlar rəsmi müşahidəçilər olaraq neytral mövqedən prosesi izləyir: “Hər şey həddindən artıq təmizdir. Bu təmizlikdən çox təsirləndik. Seçki məntəqələrinin çox hissəsi məktəblərdədir. Biz seçki prosesini izləyən veb-kameralar gördük. Bu, demokratik və açıq proseslər üçün çox əhəmiyyətlidir. İnsanlar çox sakit, işçilər yaxşı təhsilli idi. Onlar öz işlərini tam ciddiyyətlə icra edirdilər. Hər kəs nə etməli olduğunu bilirdi. Məntəqələrdə heç bir dava və ya anlaşılmazlıq baş verməyib. Avropa ilə müqayisədə proseslər daha sürətlə gedir. Avropada bu proseslər seçiciləri bir qədər yorur. Qeyd etməliyəm ki, seçki məntəqələrində polis yox idi”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında