İƏT-dən olan müşahidəçi: Azərbaycanda prezident seçkiləri dünya standartlarına uyğun və şəffaf keçirilir

Azərbaycanda prezident seçkiləri dünya standartlarına uyğun və şəffaf keçirilir.

Bunu Trend-ə özəl açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç bildirib: "Hazırda dünyada bəlli bir seçki sistemi var, Azərbaycanda da bu sistem tətbiq olunur".

M.E.Kılıç deyib ki, iştirak etdikləri bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsinin şahidi olublar:

"Seçkilərin Azərbaycan xalqına sevinc və ümid gətirəcəyinə inanırıq. Heç şübhəsiz ki, Azərbaycan xalqı ən doğru və ən düzgün seçimi edəcək".

Qeyd edək ki, Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında