Şanxay Əməkdaşlıq təşkilatının nümayəndəsi: “Seçkilərdə fəallıq müşahidə edirik”

“Biz seçki prosesindən çox razıyıq”.

APA-nın qərb bürosunun xəbərinə görə, bunu Gəncə şəhərində seçkiləri izləyən Şanxay Əməkdaşlıq təşkilatının Qazaxıstan üzrə nümayəndəsi Daniar Çirkeyev deyib.  

“Biz Şanxay Əməkdaşlıq təşkilatını təmsil edirik. Tarixi şəhər olan Gəncədə səhər saat 8-dən müşahidəçilik missiyamızı həyata keçirməyə başlamışıq. Proses qənaətbəxşdir, aktivlik müşahidə edirik. Seçicilərin əhval-ruhiyyəsi yüksəkdir. Seçkilər böyük tarixi hadisədir. Bunu bayram da hesab etmək olar”,- deyə Daniar Çirkeyev bildirib.

Şanxay Əməkdaşlıq təşkilatının Qırğızıstan üzrə nümayəndəsi Baxtiyar Kadirov isə əlamətdar bir hadisəni izlədiklərini açıqlayıb: “Artıq 3 gündür missiyamızı həyata keçiririk. İki gündür Gəncədəyik. Ötən gün seçkilərə hazırlıq prosesi ilə tanış olduq. Təşkilati işlər yaxşı həyata keçirilib. Dairələrdə işlər seçki qanunvericiliyi çərçivəsində təşkil olunub. Küçədə vətəndaşlarla qarşılaşırıq və seçki ilə bağlı fəallıq və qətiyyət görürük. Onlar mühüm prosesdə iştirak edirlər. Azərbaycan inkişaf edir. Biz namizədlər arasında sağlam rəqabətin təmin edildiyini gördük. Bütün namizədlərin təmsilçiləri də seçki prosesini müşahidə edirlər. Bütün addımlar demokratik prinsiplər, qanun çərçivəsində həyata keçirilir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında