Sergey Lebedev: “Seçici fəallığı müşahidə olunur, qanun pozuntusu yoxdur”

“Bizim missiyaya 220 müşahidəçi daxildir. Səhər tezdən bütün regionları gəzmişik. Bakıda şəxsən özüm 10-dan çox seçki məntəqəsində olmuşam. Hər yerdə çox sakit vəziyyət və seçici fəallığı müşahidə olunur, hər şey yüksək səviyyədə təşkil olunub”.

Bunu MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib. O, yerli müşahidəçilərlə söhbət etdiklərini də bildirib: “Yerli müşahidəçilərlə danışdıq, soruşduq ki, hər hansı qayda pozuntusu olubmu? Biz heç bir yerdə pozuntu qeydə almamışıq, yerli müşahidəçilər də pozuntu olmadığını söylədilər. Bizi sevindirir ki, xalq səsvermədə çox fəal iştirak edir. Seçkilərdən sonra toplanıb, yekun qiymətləndirmə edəcəyik və sabah mətbuat konfransında açıqlayacağıq. Biz sidq ürəkdən diləyirik ki, bu seçkilər Azərbaycanda sülh və stabilliyin inkişafına töhfə versin”. 

S. Lebedev bildirib ki, Rusiya və Azərbaycan bir-birinin strateji tərəfdarıdır: “Azərbaycanda stabil hakimiyyət, xalq tərəfindən sevilən, hörmət edilən dövlət başçısının olması Azərbaycanın təkcə Rusiya ilə deyil, bütün ölkələrlə münasibətinə müsbət təsir etmiş olar”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında