Omurtaq Petkov: Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi gözlənilir

Xəbər verildiyi kimi, bu gün keçirilən prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyası  və dairə seçki komissiyaları tərəfindən 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub. Eyni zamanda, seçkilərin gedişini akkkreditə olunmuş 58 min 175 nəfər yerli müşahidəçi də izləyir.

Bolqarıstandan olan beynəlxalq müşahdəçi Omurtaq Petkovla görüşüb seçkiöncəsi apardığı müşahidələr barədə məlumat verməsini xahiş etdik. O dedi:

 – Əvvəlcə müşahidə aparacaq missiyamız barədə məlumat vermək istərdim. Bu sahədə bizim böyük təcrübəmiz var.  Azərbaycanda  isə 2003-cü ildən başlayaraq müşahidə aparırıq. Yeri gəlmişkən, deyim ki, 2003-cü illə müqayisədə Azərbaycan, demək olar ki, tamamilə dəyişib.  Bu müddət ərzində ölkəniz çox sürətlə inkişaf edib. Bu da, ilk növbədə, Azərbaycanın iqtisadi qüdrətinin artması ilə əlaqədardır.  Apardığım müşahidələrə əsasən, deyə bilərəm ki, azad və demokratik seçkilərin keçirilməsi baxımından ölkədəki siyasi mühit münbitdir. Maarifləndirmə işi yüksək  səviyyədə aparılıb, seçki məntəqələri hər cür ləvazimatla təmin edilib. Şəhərdə tam sabitlikdir. Ölkədə seçkiqabağı mühitin  sabit olması elektoratın öz seçimini azad ifadə etməsinə  müsbət  təsir göstərir.

Mənim qənaətimə görə, ədalətli və demokratik seçkilərin keçirilməsi baxımından heç bir təhlükə yoxdur.  Biz seçki prosesinin təşkili və keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış təlimatlar və digər sənədlərlə də tanış olmuşuq. Azərbaycanda  seçki prosesini tənzimləyən hüquqi sənədlərin təhlili onu deməyə əsas verir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur. Seçici siyahıları ilə iş daim aparılır, onlar yenilənir və dəqiqləşdirilir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini, onların təbliğat-təşviqat kampaniyaları üçün yaradılmış bərabərhüquqlu şəraiti ümumilikdə müsbət qiymətləndirmək olar.  Seçkiyə start verilən günə kimi apardığımız  monitorinq zamanı qanun pozuntusu ilə qarşılaşmadıq.

Bolqarıstanlı müşahidəçi qeyd etdi ki, Azərbaycanda olduğumuz müddətdə müxalifət nümayəndələri tərəfindən iki dəfə mitinq keçirildi və bu zaman heç bir insident qeydə alınmadı: “Mitinq keçirilməsi üçün münasib yerin ayrılması Azərbaycanda  vətəndaşların azad toplaşma hüququnun yüksək səviyyədə  təmin olunmasından xəbər verir. Mənim təmsil olunduğum  Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsünün ekspertləri  də hesab edirlər ki, seçkiqabağı şərait və qanunverici baza ədalətlidir. Bu da demokratik seçkilərin keçirilməsini təmin edir.  Müşahidələrimə əsasən, deyə bilərəm ki, Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsinə əlverişli şərait yaradılıb”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında