Sergey Lebedev: Azərbaycanda seçkilərin bayrama çevrilməsi kimi xeyirxah ənənə davam edir

Azərbaycanda MDB-nin müşahidə missiyasına inam hiss olunur. Biz Azərbaycan qanunvericiliyini, Azərbaycanın Seçki Məcəlləsini və ölkə Konstitusiyasının müddəalarını əsas götürürük. Əgər hər hansı nöqsanlar aşkar ediriksə, bunu dərhal deyirik.

Bu fikirləri müsahibəsində MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev söyləyib. O deyib: “Martın sonundan başlayaraq biz Azərbaycanın bir çox bölgələrində olmuşuq. Deyə bilərik ki, çox əsaslı hazırlıq işləri aparılıb və onlar əsasən başa çatdırılıb. Əminik ki, seçkilər yüksək səviyyədə - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə keçiriləcək”.     

S.Lebedev diqqətə çatdırıb ki, hər yerdə ciddi iş aparıldığı hiss olunur. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları ilə mükəmməl tədbirlər həyata keçirib. Onlar da, öz növbəsində, məntəqə seçki komissiyalarının üzvləri ilə seminarlar, treninqlər təşkil ediblər. “Biz, MDB ölkələrindən olan müşahidəçilər, bir sıra dairə seçki komissiyalarında olduq, dairə və məntəqə seçki komissiyalarının üzvləri ilə söhbətlər apardıq. Çox yaxşı hazırlıq işlərinin şahidi olduq. Bütün bunlara əsaslanaraq, biz seçkilərin kifayət qədər mütəşəkkil və layiqincə keçəcəyini inamla söyləyə bilərik”, – deyə MDB İcraiyyə Komitəsinin sədri əlavə edib.    

Sergey Lebedev qeyd edib ki, məntəqələrin əksəriyyəti məktəblərdə, təhsil müəssisələrində, mədəniyyət evlərində yerləşir. O, sonda deyib: “Əminəm ki, bu, bir növ bayram-əhval ruhiyyəsi yaradacaq. Mən Azərbaycanda dəfələrlə olmuşam və burada seçkilərin bayrama çevrilməsi kimi xeyirxah ənənənin şahidi olmuşam. Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzulayıram”. 

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında