Hikmət Babaoğlu: Azərbaycanda bütün demokratik azadlıqlar təmin edilib

“Azərbaycanda bütün demokratik azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində söylədiyi fikirlərə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu  deyib.

H. Babaoğlu bildirib ki, Prezident  İlham Əliyev ölkədə demokratiyanın mövcudluğunu bu məsələnin daim hakimiyyətin fəaliyyətinin diqqət mərkəzində olması və ardıcıl olaraq məqsədyönlü siyasi islahatların həyata keçirilməsi ilə izah edib: “Bu prosesdə Azərbaycanın Avropa Şurasının təcrübəli üzvü kimi insan hüquqları və azadlıqları üzrə ixtisaslaşmış bu təşkilatla faydalı əməkdaşlığını önə çəkən dövlət başçısı cəmiyyətimizin daha da demokratikləşməsi üçün qarşılıqlı əməkdaşlığın fayda verdiyini söyləyib. Bütövlükdə isə Azərbaycanda demokratik ənənələrin hələ 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsasının qoyulduğunu bildirən dövlət başçısı müasir Azərbaycanı AXC-nin varisi kimi qiymətləndirib, o ənənələrin bu gün də yaşadığını bildirib. Milli dövlətçilik tariximizə kompleks yanaşan Prezident ümumilikdə Azərbaycanda milli demokratik mühitin və dövlətçilik yaddaşının formalaşmasını demokratik düşüncənin siyasi mədəniyyətimizdə ciddi köklərinin olması ilə izah edib. Göründüyü kimi, məhz bu cür demokratik ənənədən gələn ictimai şüurun yeni mərhələdə azad, multikultural, tolerant cəmiyyət qurmağa hazır olması siyasi mədəniyyətimizin əsas səciyyəvi xüsusiyyətlərindən biri kimi çıxış edib. Ona görə də demokratik cəmiyyətin qurulması xaricdən demokratiya idxalından daha çox Azərbaycan cəmiyyətinin daxili ictimai-siyasi münasibətlərinin tələbatı kimi ortaya çıxıb. Bu, milli demokratiya modelidir və asanlıqla manipulyasiya edilə bilmir, demokratik cəmiyyətimizə əlavə müsbət keyfiyyət gətirir. Demokratik ənənəsi tarixən olmayan cəmiyyətlərdə isə “diqtə edilən demokratiya”, bəzi hallarda dağıdıcı silaha çevrilir. Milli demokratiyamızın tarixinin 100 il bundan öncə başladığına diqqət çəkən Prezident məhz bu məsələlərə vurğu etməklə ölkəmizdə demokratik cəmiyyətin, açıq cəmiyyətin ciddi əsaslarının olduğunu bildirib”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında