Asim Mollazadə: Seçkiqabağı pozuntular nəzərə çarpmayıb

11 aprel Azərbaycanda prezident seçkiləri günüdür. Ölkəmizin ictimai-siyasi həyatında əlamətdar olan bu tarixdə Azərbaycan xalqı bir daha öz işıqlı sabahına səs verəcək.

Hazırda prezident seçkilərinin azad, demokratik başa çatması üçün bütün zəruri hazırlıqlar yekunlaşmaq üzrədir. Bu barədə Milli Məclisin deputatı Asim Mollazadə qəzetimiz ilə fikirlərini bölüşdü:

– Hazırda seçkiqabağı prosesi diqqətlə izləyirik. Ötən müddətdə müşahidələrimiz onu göstərdi ki, hər bir namizədin bu prosesdə öz mövqeyini ifadə etmək şansı var. Bununla bərabər, hətta seçkilərdə iştirak edə bilməyən, yaxud bunu istəməyən qüvvələrin də kütləvi aksiyalar keçirmək, mövqelərini bildirmək
imkanları var.

Onu da qeyd edim ki, seçki prosesində təbliğat-təşviqat kampaniyası aparan şəxslərə qarşı da heç bir təsir, təzyiq və zorakılıq halları müşahidə etməmişik. Seçkiqabağı hansısa ciddi pozuntular da nəzərə çarpmayıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında