Mədəniyyət işçiləri onlara göstərilən qayğıdan razıdırlar

Bunu, Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev bizimlə söhbətində dedi.

– Mənim 80 yaşım var.Həm sovet dövründə, həm də müstəqillik illərində keçirilən seçkilərin iştirakçısı olmuşam. Ulu öndərin müstəqil Azərbaycana Prezident seçildiyi o tarixi günü də yaxşı xatırlayıram. Onda Azərbaycan xalqı necə böyük həvəslə seçkilərə gəlirdi. Xalqımız yaxşı bilirdi ki, hakimiyyətə millətimizin xilaskarı gəlir. Az zaman çərçivəsində Azərbaycan bəlalardan xilas oldu, ölkədə islahatlar başladı.

Sonrakı illərdə bu inkişaf davam etdi, Azərbaycan regionun lider dövlətinə çevrildi. Bu gün Azərbaycanımızı dünyada yaxşı tanıyır və onunla hesablaşırlar. Mədəniyyət sahəsində çalışdığımdan bu sahədəki nailiyyətlərimiz mənə daha yaxşı tanışdır. Xüsusilə ölkədə kinematoqrafıyanın inkişafı ilə bağlı həyata keçirilən layihələr bizi daha çox məmnun edir. Bu sahədə dövlət proqramının qəbul olunması kino sənətimizin tərəqqisinə çox güclü stimul verdi. Son illər məni daha çox sevindirən yeni filmlərimizin beynəlxalq festivallarda mükafatlara layiq görülməsidir.

Bu gün Dövlət Film Fondunun fəaliyyəti milli kinomuzun nadir nümunələrinin toplanması, təbliğ olunması və gələcək nəsillərə çatdırılması işində əhəmiyyətli rol oynayir.

Ölkəmizdə baş verən mədəni prosesləri maraqla izləyirəm. Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda davamlı təbliği yolunda həyata keçirilən layihələr də çox dəyərlidir, daha doğrusu, Azərbaycanımızın tanınmasında mühüm əhəmiyyətə malikdir.

Mədəniyyət işçiləri onlara göstərilən dövlət qayğısından çox razıdırlar. Onların sosial problemləri həll olunur, fəxri adlar alırlar. Neçə-neçə mədəniyyət işçisi Prezident təqaüdçüsüdür.

Mən yaxşı bilirəm ki, onlar bu seçkilərə fəal şəkildə qoşulacaqlar. Mən də sinnimin bu çağında seçki məntəqəsinə gedib, ölkəmizin gələcək inkişafına səs verəcəyəm.

Söhbəti qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında