“Hollandiya-Azərbaycan evi”nin rəhbəri Elxan Mirhəşimli: Hər bir beynəlxalq tədbir ölkəmizin uğurudur

Son illər Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi əsas məkanlardan birinə çevrilib. Bakının ev sahibliyi etdiyi belə tədbirlər dünyanın daim diqqət mərkəzindədir. Ölkəmizin əldə etdiyi nailiyyətlər xaricdə yaşayan Azərbaycan diaspor fəalları tərəfindən də sevinc və qürurla qarşılanır. Elə bu baxımdan “Hollandiya-Azərbaycan evi”nin rəhbəri Elxan Mirhəşimli ilə ölkəmizdə keçirilmiş Qoşulmama Hərəkatının nazirlərinin Bakıda toplanması və mötəbər tədbirdə səslənən fikirlər barədə söhbətləşdik. Həmsöhbətim dedi:

– Vətənimizdə keçirilən hər bir mötəbər beynəlxalq tədbir Azərbaycanın nailiyyətidir. Belə tədbirlərdə dünyanın tanınmış liderləri Bakıya toplanır, müxtəlif fikir mübadilələri aparırlar. Budəfəki tədbirdə də Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri bir araya gəldilər. Çox xoş oldu ki, bu cür beynəlxalq tədbirin keçirildiyi günlərdə doğma vətəndəyəm. Biz, Hollandiyada yaşayan diaspor fəalları və təşkilatları ölkəmizdə gedən ictimai-siyasi, mədəni prosesləri mütəmadi izləyirik. Budəfəki səfərim bir daha ölkəmizin son illər əldə etdiyi nailiyyətləri, baş verən müsbət dəyişiklikləri şəxsən görməyə imkan verdi. Bu konfransı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından da xüsusilə əhəmiyyətli hesab edirəm.

Cənab Prezident konfransdakı çıxışında Azərbaycanın 20 ildən artıq Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyini, torpaqlarımızın bir hissəsinin hələ də işğal altında olduğunu vurğuladı. Ümumilikdə, 800-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə bu fikirlərin səsləndirilməsi olduqca vacib hesab edilməlidir. Bununla da Azərbaycanın bir daha mövqeyi dünyaya bəyan edildi. Məhz bu cür tədbirlərdə xarici ölkə liderləri, rəsmi şəxsləri Bakıya səfər etməklə, ölkəmizin son illər əldə etdiyi nailiyyətləri, inkişafı görür, eləcə də regionda sabitlik və sülhün, təhlükəsizliyin tam bərqərar olması üçün Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyini dərk edirlər. Məhz bu cür görüşlər sayəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılır, ölkəmizin dostlarının sayını artırır, vacib və etibarlı tərəfdaşlar qazanır.

İnanıram ki, Bakımızda keçirilən bu tədbirdə səslənən fikir və təkliflər gələcəkdə regionumuzda sülhün və təhlükəsizliyin təminatında, dünyada münaqişələrin həllində həlledici rol oynayacaq.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında