Abelardo Moreno Fernandes: Qoşulmama Hərəkatının öz səylərini birləşdirərək həmrəylik göstərməsi sevindirici haldır

Məlum olduğu kimi, bu il aprelin 5-də Bakı Konqres Mərkəzində keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı açılış mərasimindən sonra işini davam etdirib. Bakıya təşrif buyurmuş hörmətli qonaqların arasında Kubanın xarici işlər nazirinin müavini Abelardo Moreno Fernandes də var. Cənab Fernandes tədbirin əhəmiyyəti barədə danışarkən bunları dedi:

-Bakıya gəlişimdən və belə bir nüfuzlu tədbirdə iştirakımdan çox məmnunam. Qeyd etmək istəyirəm ki, bu gün dünyada sülhə və təhlükəsizliyə hər zaman oldu­ğundan daha böyük ehtiyac var. Belə ki, dünyada sülhə təhdidlər çox artıb. Belə bir çətin dövrdə Qoşulmama Hərəkatının öz səylərini birləşdirərək həmrəylik göstərməsi sevindirici haldır.

Mən hesab edirəm ki, bu əməkdaşlıq daha da möhkəmləndirilməlidir. Daha konkret desəm, Qoşulmama Hərəkatına üzv olan dövlətlər digər ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmət edərək, bunun dəstəklənməsini öz fəaliyyətində əsas prinsip kimi götürməlidirlər. Əks təqdirdə, indi dünyanın bir çox yerində baş verən münaqişələrin qarşısını almaq mümkün olmayacaq.

Yeri gəlmişkən, mən indi sizə söylədiyim bu fikirləri tədbirdə Latın Amerikası qrupu adından çıxış edərkən səsləndirmişəm. Mən belə bir vacib tədbirin uğurlu təşkili üçün Azərbaycan hökumətinə çox minnətdaram. Bu gənc, müstəqil dövlətin uğurlarına çox sevinirəm. Ölkənizin heyrətamiz inkişafı da diqqətimdən yayınmadı. Bu, ona dəlalət edir ki, Azərbaycanda düzgün və ədalətli idarəçlik mövcuddur. İnanıram ki, uğurları­nız getdikcə daha da artacaq.

Bir daha vurğulamaq istəyirəm. Bu gün dünyanın həmrəyliyə, sabitliyə, təhlükəsizliyə, inkişafa böyük ehtiyacı var. Məhz bu məsələlər konfransda ciddi müzakirə mövzularıdır. Məqsəd sülhün bütün dünyada bərqərar olunmasıdır. Rəsmi Bakının bu istiqamətdəki səyləri həqiqətən alqışa layiqdir.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında