Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq sülhə və təhlükəsizliyə mühüm töhfələr verir

İki gün öncə paytaxt Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirildi.

Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən tədbir haqqında yerli və xarici mediada geniş məlumat verilmişdir. Bu barədə söhbət edərkən Milli Məclisin depu­tatı Elçin Quliyev öz fikirlərini qəzetimizlə bölüşərək dedi:

– Qoşulmama Hərəkatının nazirlər konfransında 800-dən çox xarici ölkə nümayəndəsinin iştirak etməsi bu tədbirin əhəmiyyətindən xəbər verir. Məhz bu cür tədbirlərin son illər ölkəmizdə tez-tez keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimadın bariz nümunəsidir. Yeri gəlmişkən, qonşu ölkələrdə terror aktları və etnik-dini zəmində müxtəlif münaqişələrin baş qaldırdığı bir dönəmdə Azərbaycan regionun sabitlik adasına çevrilmişdir.

Azərbaycan dövləti son illər bir sıra tədbirlərə uğur­la ev sahibliyi etmişdir. Bu baxımdan “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda konfransın da belə yüksək səviyyədə təşkili təqdirəlayiq hal olaraq ölkəmizin tarixinə yazıldı.

Onu da qeyd edim ki, Azərbaycanın son illər qazan­dığı uğurların təməlində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət dayanır. Bütün uğurlarımız dahi rəhbərin siyasi kursuna söykənir. Məhz bu uğurlu siyasət nəticəsində bu gün Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Əminəm ki, ölkəmizdə davam etdirilən bu uzaqgörən siyasət bizim işıq­lı sabahımızın qarantı olacaq.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında