Jan-Pyer Allali: Azərbaycanda şəffaf seçkilərin keçirilməsi üçün bütün işlər görülüb

.Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurası (CRIF) İdarə Heyətinin üzvü, Parisdə yerləşən Rasizm və Antisemitizm əleyhinə Beynəlxalq Liqanın (LICRA) baş katibi Jan-Pyer Allalinin sechki-2018.az saytına müsahibəsi:

- Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək və xalq yeni müddət üçün ölkəyə rəhbərlik edəcək lideri seçəcək. Siz Azərbaycandakı seçki prose­sini necə dəyərləndirirsiniz?

- Əlbəttə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da prezident seçkiləri ölkənin ictimai-siyasi həyatı üçün ol­duqca mühüm hadisədir. Aprelin 11-də keçiriləcək prezident seçkilərinə müxtəlif partiya­lardan namizədlərin qatılması, əslində ölkədə sağlam demokra­tik cəmiyyətin olduğunu sübut edir.

Doğrudan da ölkəniz demokratiya sahəsində kifayət qədər mühüm və ciddi addım­lar atıb. Əminəm ki, seçkilər Azərbaycan xalqının istəyinə uyğun şəkildə keçiriləcək. Müxtəlif təşkilatların seçki prosesi ilə bağlı ilkin hesabat­larına əsasən də demək olar ki, Azərbaycanda şəffaf seçkilərin keçirilməsi üçün bütün işlər görülüb.

- Hər bir ölkədə seçki yeni inkişaf mərhələsinin başlanğıcı kimi xarakterizə olunur. Necə düşünürsünüz, prezident seçkiləri Azərbaycanın gələcək inkişafında nə kimi rol oynaya bilər?

- Əlbəttə, seçkilərdə son söz xalqındır. Ancaq qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik illərində böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan sabit ölkədir. Azərbaycan enerji resursların­dan səmərəli istifadə etməklə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Düşünürəm ki, bu siyasət davamlı olmalıdır. İnanıram ki, seçkilərdə xalq dəstəklədiyi, layiqli namizədə səs verəcək.

Müsahibəni aldı:
Anar TURAN,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında