Azərbaycanı xilas edən siyasət davam etdirilməlidir

Mən Azərbaycanın müstəqillik tarixi ilə, demək olar ki, həmyaşıdam. Respublikamızın çətin illər yaşadığı həmin dövrdə dünyaya göz açmışam.

Sonradan ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə müstəqil dövlətdə yaradılan əmin-amanlıqdan, əlverişli şəraitdən mən də yararlandım. Uşaqlıqdan bağlı olduğum idmana, idmançılara ulu öndərin diqqət və qayğısı məndə olan həvəsi daha da artırdı. Respublikamızda tikilib istifadəyə verilmiş hər cür şəraiti olan idman kompleksləri həvəskar idmançıların ixtiyarına verildikcə daha da ruhlanırdım.

Ulu öndərin siyasi kursunun layiqli davamı bütün sahələrdə olduğu kimi, idmanın inkişafın­da da özünü büruzə verdi. Yeni Olimpiya idman kompleksləri tikilir, idmançılara hər cür qayğı göstərilir, beynəlxalq yarışlar­da iştirak etmək üçün əlverişli şərait yaradılırdı. İdmançılarımız da bunun əvəzində beynəlxalq yarışlarda uğurla çıxış edir, Azərbaycanın bayrağını qaldırır, dövlət himnini səsləndirirdilər. Mən idmançılar üçün bundan böyük şərəf görmürəm.

İdman həm ölkələr arasında dostluq əlaqələri yaradır, həm də respublikanın adınının beynəlxalq aləmdə tanıdılmasın­da böyük rol oynayır. Bu baxım­dan idman ən yaxşı siyasətdir. Mən I Avropa Oyunlarının və XXXI Yay Olimpiya Oyunları­nın bürünc medalçısı, 2014-cü ildə Daşкənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə baş tutan dünya çem­pionatlarının qalibi olmuşam. Hər dəfə Azərbaycanın bayrağı ən yüksəkliyə qaldırılanda, dövlət himnimiz səsləndiriləndə sevincimin həddi-hüdudu olmayıb. Ən yüksəkliyə qaldırılan bayrağımıza qürurla baxmışam. Dövlət himnimiz səsləndiriləndə milliyyyətindən asılı olmayaraq, hamı ayaq üstə dayanıb. Sevinirəm ki, 3 dəfə bu xoşbəxtlik mənə nəsib olub.

Əlbəttə, bu sevincdə mənim payım olsa da, bu şəraiti bizə Heydər Əliyev siyasi kursu, bir də bu kursun layiqincə davam etdirilməsi yaradıb. Mən dünyanın əksər ölkələrində idman yarışlarında iştirak etmişəm. Həmin ölkələrdəki şəraitlə, idmançılara göstərilən qayğı ilə də maraqlanmışam. Azərbaycanda idmana, idman­çılara göstərilən qayğı dünya­nın heç bir ölkəsində yoxdur. Məhz buna görə də dünyanın tanınmış idmançıları beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış etmək istəyirlər. Bu, ökəmizdə idmançılara göstərilən qayğının nəticəsidir.

Son illər ölkəmiz mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu da bir siyasətdir. Dünyanın tanınmış idmançıları, onların məşqçiləri Azərbaycana gəlir, buradakı şəraitlə tanış olur, torpaqlarımı­zın 20 faizini Ermənistanın işğal etməsi, həmçinin digər terror aktları törətmələri barəsində ətraflı məlumatlandırılırlar Bununla yanaşı, özlərinin də dedikləri kimi, xalqımızın qonaqpərvərliyinə, səmimiliyinə yaxından bələd olurlar. Bütün bunlara idmana göstərilən qayğı nəticəsində nail oluruq. Ona görə də bütün idmançılar bu qərara gəliblər ki, bugünkü güzəranı, şəraiti, əmin-amanlığı və sabitli­yi bəxş etmiş, qoruyub saxlamış siyasəti dəstəkləməli, ən layiqli namizədə səs verməliyik.

Söz vermişik ki, aprelin 11-də hamılıqla səsvermədə iştirak edək, ən layiqli namizədə səs verməklə Azərbaycanın adının daha uca zirvələrdən eşidilməsinə nail olaq.

Hacı ƏLİYEV,
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü,
üçqat dünya çempionu

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında