Demokratik ənənələrə sədaqət nümunəsi

“Azərbaycan seçkidən-seçkiyə öz təcrübəsini artırır, qanunvericilik bazasını daha da zənginləşdirir və hər dəfə də demokratik, şəffaf seçki keçirməyə qadir olduğunu nümayiş etdirir.

Artıq beynəlxalq aləm də ölkəmizin seçki sisteminin dünya standartlarına cavab verdiyini etiraf edir. Bunu ölkəmizdə keçirilmiş seçkilərin gedişini izləmiş beynəlxalq müşahidəçilərin rəyləri də təsdiqləyir. Qürurverici haldır ki, bu vaxta qədər keçirilən bütün seçkilərdə hər hansı bir qarşıdurmanın, yekun nəticəyə təsir edə biləcək qanun pozun­tusu qeydə alınmayıb”.

Bu fikirlərin müəllifi “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun prezidenti Gülbəniz Bayramova əlavə etdi ki, dünya ictimaiyyətinin nəzər-diqqəti yenidən ölkəmizə yönəlib. “Azərbaycanın qısa müstəqillik tarixinə baxma­yaraq, demokratik ölkə kimi tanınır. Buna əsas səbəb ölkədə azad mətbuata, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına və şəffaf, obyektiv seçkilərin keçirilməsinə əlverişli şəraitin yaradılmasıdır. Bunlar hamısı demokratiyanın əsas atribut­larıdır.

G. Bayramova dedi ki, Azərbaycan vətəndaşları dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak ediblər. Hər dəfə də şahidi olublar ki, seçki günü heç kimə təzyiq göstərilmir, seçicilər səs verən zaman istiqamətləndirilmir. Hər bir seçici sərbəst şəkildə istədiyi namizədə səs verir.

Azərbaycanda əlillərə, aztəminatlı ailələrə pulsuz göndərişlərin verilməsi, onlar üçün sanatoriyalarda hər cür şəraitin yaradılması, xarici ölkələrdə müalicələrinin dövlət hesabına həyata keçirilməsi, pulsuz mənzillə, maşınla təmin olunmaları böyük rəğbətlə qarşılandığını vurğulayan G.Bayramova həmin həssas insanların bu gün həyata keçirilən siyasi kursa inandı­ğını və güvəndiyini bildirdi. Ölkəmizdə insan amilinin dövlət siyasətinin əsasını təşkil etməsi bu qəbildən olan insanlar və onların yaxın­ları tərəfindən də yüksək qiymətləndirilir: “Əminəm ki, aprelin 11-də keçirilən prezident seçkiləri zamanı da bunun şahidi olacağıq. Bu seçkilərin də mütəşəkkil, azad və ədalətli, şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə olunur. Seçki sis­teminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən qanun­vericiliyin təkmilləşdirilməsi Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bunu beynəlxalq müşahidəçilər də təsdiqləyir”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında