“Biz bu seçkinin məsuliyyətini aydın dərk edirik”

Bu sözləri Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov dedi:

– Azərbaycanımızı qarşıda çox mühüm, ölkəmizin gələcək taleyi üçün əhəmiyyətli prezident seçkiləri gözləyir, – deyə xalq artisti sözünə davam edərək bildirdi ki, indi ölkəmizin hər yerində bu seçkilərə hazırlıq işləri tamamlanmaq üzrədir.

Bilirsiniz, Azərbaycanda müstəqillik illərində dəfələrlə belə seçkilər keçirilib. Bilirik ki, ölkəmizin ədalətli seçki keçirmək təcrübəsi var. Xalqımız öz taleyini heç zaman naşı əllərə etibar etməyəcək. Çünki biz gördük ki, ölkənin lideri naşı olanda dövlətimiz da­ğılmaq təhlükəsi ilə üzləşir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıt­masaydı Azərbaycanın taleyini təsəvvür etmək o qədər də çətin deyildi.

Ulu öndər Azərbaycanı xilas etdi və onu inkişaf yoluna çıxardı. Sonradan isə ölkəmizə rəhbərliyi etibarlı əllərə tapşırdı.

Azərbaycanın son illər bütün sahələrdə qazandığı uğurlar ulu öndərin düzgün seçim etməsi ilə bağlı idi. Belə düşünürəm ki, bu seçkilərdə də xalqımız haqqa, ədalətə, gələcək inkişafına səs verəcək.

Bu gün Azərbaycan öz inkişaf tempinə görə dünyada öncüllər sırasındadır. Mən mədəniyyət sahəsində çalışan Azərbaycan vətəndaşı kimi bu tərəqqidən qürur duyuram. Biz, mədəniyyət işçiləri son illər dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan çox razıyıq. Ölkəmizdə yaradıcılıq üçün əlverişli şərait mövcuddur. Bu kursun davam etdirilməsi hər bir mədəniyyət işçisinin arzusudur.

Söhbəti yazdı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında