“Dünyada ölkəmiz barədə pozitiv rəy formalaşıb”

Azərbaycanda prezident seçkilərinə bir neçə gün qalır. Hazırda ölkəmizdə bu mühüm siyasi kampaniyaya ciddi hazırlıq gedir. Hesab olunur ki, bu mühüm prosesin uğurla həyata keçirilməsi ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunu daha da sürətləndirəcək.

Azərbaycanda vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları da dövlət başçısı seçkilərinə ciddi hazırlaşırlar. “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva seçkilərin əhəmiyyəti barədə danışarkən bunları dedi:

– Hesab edirəm ki, bu il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkəmizdə vətəndaş cəmiyyətinin yetkinliyini nümayiş etdirən ciddi sınaqdır. Sevindirici haldır ki, son illər ölkəmizdə kifayət qədər fəal və hazırlıqlı vətəndaş cəmiyyəti formalaşıb.

Müstəqil Azərbaycan dövləti bu gün hüquqi, demokratik inkişaf yolu ilə inamla irəliləyir. Xalqımızın parlaq gələcəyinə xidmət edən bu müdrik siyasi kursun bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan iqtidarı bu xətti yeni dövrün reallıqları və çağırış­larına uyğun olaraq böyük uğurla davam etdirir.

Azərbaycan vətəndaşı bu gün kifayət qədər fəaldır. Seçicilər səsvermə prosesinin şəffaf və ədalətli keçiriləcəyinə əmindirlər. Hər birimizin düzgün, ədalətli seçimi, əlbəttə, ölkəmizin tərəqqisini daha da sürətləndirəcək, hər bir ailənin, bütün xalqın rifahına müsbət təsir edəcək.

Azərbaycanda seçki mədəniyyəti seçkidən-seçkiyə yüksəlir. Bu, ölkəmizin dünyadakı imicinə də müsbət təsir göstərir. Dünyada ölkəmiz barədə pozitiv rəy forma­laşıb. Qarabağ probleminin ədalətli həlli ilə bağlı şanslarımız yüksəlir.

Bəllidir ki, azad, ədalətli seçkilər cəmiyyəti səfərbər edərək daha irəli apa­racaq. Bu, böyük şansdır, bu imkandan maksimum bəhrələnmək, Vətənin, millətin tərəqqisinə çalışmaq hər birimizin borcudur.

İnanıram ki, Azərbaycanda budəfəki prezident seçkiləri xalqımızın, dövlətimizin, eləcə də qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə ən yüksək səviyyədə keçiriləcək. Fürsətdən istifadə edərək, hər bir soydaşı­mızı ölkəmizin gələcəyi naminə qarşıdakı seçkilərdə fəal iştirak etməyə çağırıram.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında