Respublikamızda mükəmməl qanunvericilik bazası var

Azərbaycan müstəqillik qazandıqdan sonra gələcək inkişafı üçün birmənalı olaraq demokratiya yolunu seçib və Avropanın demokratik strukturlarına inteqrasiya etməyə başlayıb. Müstəqillik dövründə ölkədə qəbul olunmuş bütün qanunlar Avropanın müvafiq təşkilatlarından, əsasən Avropa Şurasından və onun ayrı-ayrı qurumlarından rəy alıb. Bu rəylər, demək olar ki, həmişə müsbət olub. Çünki qanunlarımız yeniləşib və Qərb qanunvericiliyinə uyğunlaşdırılıb. Seçki Məcəlləmiz də o cümlədən.

Bu gün Azərbaycanda həyata keçirilən bütün seçkilər həmin məcəllə əsasında baş tutur. Doğrudur, Azərbaycana ikili standartlarla yanaşan bəzi Qərb dairələri bəzən seçkilərimiz barədə tənqidi fikirlər söyləyiblər, amma bunlar həmişə ölkəmizə qarşı qərəzli münasibətdən irəli gəlib. Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən bəri həmişə azad, şəffaf və demokratik seçkilər keçirməyə çalışıb. Həmin dövrdən bəri ölkədə demokratik seçkilərin keçirilməsi üçün güclü hüquqi baza, beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi yaradılıb. Bu baxımdan ölkəmiz bu gün istənilən seçkini – istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərini demokratik qaydada keçirməyə tam hazırdır. Bütün rayonlarda dairə seçki komissiyaları üçün yüksək səviyyədə şərait yaradı­lıb, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılıb, digər texniki vasitələr tətbiq edilib.

Bu gün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, qarşıdakı 11 aprel prezident seçkiləri daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirilir. Bu məsələdə təkcə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy almış seçki qanunvericiliyimiz mühüm rol oynamır, həm də Mərkəzi Seçki Komissiyamızın uzun illər ərzində topladığı zəngin seçki təcrübəsinin əhəmiyyəti şəksizdir. Artıq ölkəmizin mərkəzi seçki orqanı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün ölkə ərazisində genişmiqyaslı maarifləndirmə işlərinə start verib, digər prose­durları icra edir.

Azərbaycanda seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsi birinci növbədə Mərkəzi Seçki Komissiyasın­dan, onun yerli strukturlarından bilavasitə asılıdır. Bu mənada seçki prosesində demokratikli­yin və şəffaflığın təmin edilməsi üçün gərək olan hər bir addımın atılmasına dəstək verilir. Yeri gəldikcə mütərəqqi seçki tex­nologiyalarından istifadə edilir. Bir vaxt məntəqələrdə saxtalaş­dırmaya nəzarət üçün müşahidə kameralarının quraşdırılması məsəli qaldırılmışdı. Bu məsələ uğurla reallaşdırıldı. Sonra bir seçicinin bir dəfədən artıq səs verməsinin qarşısını almaq üçün barmaqların şəffaf mürəkkəblə rənglənməsi məsələsi ortaya çıxdı. Bu məsələnin də təcili surətdə tətbiqinə yaşıl işıq yandırıldı. Bəzi beynəlxalq təşkilatların, QHT-lərin başqa təklifləri nəzərə alındı və tətbiq edildi. Bir sözlə, seçkilərdə demokratikliyin, şəffaflığın təmin edilməsi üçün gərək olan bütün addımlar atılır. Əminik ki, indiyədək qazandığımız təcrübə, ölkədə mövcud olan sabitlik, iqtidarla xalqın birliyi və həmrəyliyi, zəngin seçki qanunvericiliyimiz bu il aprelin 11-də də demokratik seçkilər keçirməyə imkan verəcək.

Azad KƏRİMLİ, Milli Onkologiya Mərkəzinin baş həkimi,
tibb üzrə fəlsəfə doktoru, respublikanın baş onkoloqu

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında