Qoşulmama Hərəkatının tədbirinə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən etimadın göstəricisidir

Qoşulmama Hərəkatı təsis edildiyi 1961-ci ildən ötən müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq foruma çevrilib.

Xatırladım ki, indiyədək Qoşulmama Hərəkatı daxilində razılaşdırılan hər bir möv­qe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna mühüm təsir göstərib. Məsələn, BMT-nin islahatı üzrə illərdən bəri reallaşdırılan proseslərdə irəliləyişin əldə olunmaması al­ternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırıb. Bu baxımdan “soyuq müharibə”nin başa çat­masına baxmayaraq, hərəkat öz aktuallığını qoruyub saxlayıb və sıralarını daha da genişləndirib.

Yeri gəlmişkən, əsas məqsədi beynəlxalq hüqu­qa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım göstərmək olan Qo­şulmama Hərəkatı konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dün­yada da öz təsir imkanlarını itirməyib və bu qurum hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.

Bildirmək istərdim ki, 2011-ci ildən Qoşulma­ma Hərəkatının üzvü olan Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönələn xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçi­rir. Bu səbəbdən də ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilən XVI Nazirlər Konfransında bu hərəkata qoşulub. Azərbaycanın ərazi bü­tövlüyü təşkilat çərçivəsində üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı möv­qeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

Azərbaycan Qoşulmama Hərəkatına üzv olan vaxt­dan etibarən bu qurumun prinsiplərinə sadiq qalıb. Məhz elə buna görə də Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə hər zaman etimad göstərilib. Qısa müddətdə üzv olmasına baxmayaraq, Azərbaycanın üzv dövlətlər tərəfindən yekdilliklə bu təşkilata sədrliyinin dəstəklənməsi deyilən fikrin bariz ifadəsidir.

Xatırladım ki, Qoşulma­ma Hərəkatının paytaxtımızda keçirilən nazirlər konfran­sında beynəlxalq hüququn və ədalətin pozulması ilə bağlı bir sıra məqamlara da toxunulub. Açılış mərasimində çıxış edən dövlətimizin başçısı Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuzun erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsini diqqətə çatdıraraq, təəssüflə bildirib ki, işğal bu günə qədər davam edir.

Azərbaycan Prezidenti, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə, orada Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunmasına baxmayaraq, həmin qətnamələrin indiyədək həyata keçirilməməsini də vurğulayıb.

Dövlətimizin başçısı çıxışında, həmçinin Qoşulma­ma Hərəkatının Ermənistan-Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsi ilə bağlı qətnaməsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edildiyi üçün bu təşkilatın üzv dövlətlərinə təşəkkürüni bildirib.

Dilqəm QULİYEV,
pedaqogika üzrə fəlsəfə doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında