Venesuela XİN: Azərbaycan dünyada sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir

"Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransı çox səmərəli bir konfrans oldu və mühüm müzakirələr həyata keçirildi".

Bunu Hərəkata sədrlik edən Venesuelanın xarici işlər naziri Xorxe Arreasa konfransın ye­kunlarına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada sülhün və sabitliyin təmin edilməsinə, beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinə, ölkələrin daxili işlərinə qarışmamağa, münaqişələri dayandırmağa ça­ğırır: “Bizim məqsədimiz budur və ona görə də biz buradayıq və bu məsələləri müzakirə etdik”.

Venesuelalı nazir tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bil­dirib. O Azərbaycanın dünyada sülh və sabitliyin təmin olun­masına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında