Aprel döyüşləri Azərbaycan Ordusunun yenilməz gücünü, qüdrətini nümayiş etdirdi

2016-cı il aprel ayının əvvəllərində işğalçı Ermənistanın silahlı qüvvələri Qarabağ cəbhəsinin müxtəlif bölgələrində yeni təxribatlar törətməyə cəhd etdilər. Azərbaycanın igid  zabit və əsgərləri əks-hücuma keçərək təcavüzkarı layiqincə cəzalandırdılar. Bir sıra mühüm strateji əhəmiyyəti olan yüksəkliklər azad edildi. Beləcə, “Aprel döyüşləri” xalqımızın çağdaş tarixinə böyük zəfər dastanı kimi həkk olundu.

Doğma Qarabağımızın azad olunması istiqamətində  Böyük Qələbəmizin müjdəçisi olan həmin şanlı hərbi əməliyyatlardan iki il vaxt ötür. Aprel  döyüşlərində igid oğullarımızın nümayiş etdirdiyi qeyri-adi şücaət  və qəhrəmanlıqlar bu gün də hər birimizin qəlbində böyük qürur və iftixar hissi doğurur. Bu barədə söz düşəndə Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti  Sərraf Orucov bunları dedi:

– Aprel döyüşləri barədə söz açanda qəlbim də, ruhum da sevinir. Axı, bu əməliyyatlar bizim hərb tariximizin ən şanlı səhifələrindən biridir. Bu, bizim Qarabağda böyük zəfər yolumuzun başlanğıcıdır. Bu yol Şuşada, Xankəndidə Azərbaycan bayrağının əbədi olaraq ucaldılması ilə başa çatacaq. Bir daha vurğulamaq istəyirəm: O gün lap yaxındadır!

Yeri gəlmişkən, Aprel döyüşləri zamanı  yağı düşmən qorxu, təlaş içində idi. Bu gün də ermənilər qorxu və səksəkədədir. Aprel döyüşləri sübut etdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qüdrəti qarşısında duruş gətirmək iqtidarında deyil. Bu, bir həqiqətdir. Milli Ordumuzun gücü təkcə sahib olduğu müasir silahlarda deyil. Biz doğma torpaqlarımız üçün mücadilə apardığımız  üçün ruhən də güclüyük. Qələbə bizim olacaq!

Mən hələ sovetlər dönəmində Əfqanıstanda, sonra isə doğma Qarabağda döyüş yolu keçmişəm. Qarabağ müharibəsi əliliyəm. Ən böyük arzum doğma torpaqlarımızın azad olunduğu günü görməkdir. Aprel döyüşləri bütün həmvətənlərimiz kimi, mənim də Böyük Qələbəmizə olan dərin inamımı daha da artırdı. Buna görə də Aprel döyüşlərinin bütün iştirakçılarına, dərin minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan Ordusu!

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında