Yasin Qaraməmmədli: Aprel döyüşlərində Ermənistan ordusuna böyük bir dərs verildi

Azərbaycanın hərb tarixində mühüm yer tutan dörd günlük Aprel döyüşləri Azərbaycan xalqının qələbə əzminin çox yüksək olduğunu və təcavüzkar erməni ordusunun Silahlı Qüvvələrimiz qarşısında acizliyini əyani şəkildə göstərdi. Bu barədə siyasi icmalçı Yasin Qaraməmmədli bildirib.

Onun sözlərinə görə, şanlı Azərbaycan Ordusu bu dörd gün ərzində Ermənistanın işğalçı ordusuna elə bir dərs verdi ki, bu günə qədər unuda bilmirlər. Bu döyüşlər zamanı ordumuzun, doğrudan da, regionun ən güclü ordusu olduğu təsdiq olundu. Bununla da ermənilərin yüz illərdən bəri qurduqları boş və mənasız xəyallar alt-üst edildi. “Əslində, ermənilər 90-cı illərdə himayəsinə sığındıqları güclü dövlətlərin dəstəyi ilə silahsız və hazırlıqsız kəndlərimiz üzərinə xaincəsinə hücum etməyə, gecə evində yatan günahsız körpələri, qadınları, qocaları öldürməyə və bütün bu cinayətlərin müqabilində cəzasız qalmağa o qədər aludə olmuşdular ki, Azərbaycan Ordusunun nə vaxtsa güclənib öz kəsərli sözünü deyəcəyinə inanmırdılar. Məkrli düşmən başqalarından hədiyyə aldığı qələbələrdən arxayınlaşaraq əmin olmuşdu ki, Azərbaycan heç vaxt ordu yaradıb Ermənistana qarşı döyüşmək iqtidarında olmayacaq. Ancaq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qısa müddət ərzində elə mütəşəkkil bir ordu yaratdı ki, bu hərbi qüvvə get-gedə daha da güclənərək 2016-cı ilin aprelində ermənilərin sərsəm xəyallarını darmadağın etdi”.

Yasin Qaraməmmədli qeyd etdi ki, son illər ordumuz ən müasir silah-sursatla təchizatı sahəsində böyük dönüş yaradılıb. Bütün bunlar Aprel döyüşlərində Azərbaycan ordusunun 2000 hektardan çox ərazini azad etməsi ilə nəticələnib. “Qalibiyyətli Azərbaycan Ordusu o vaxta qədər işğal altında qalan bir neçə yüksəkliyi qısa müddətdə azad etməklə bütün dünyaya göstərdi ki, Azərbaycan istənilən vaxt torpaqlarını işğaldan azad etməyə, həmin ərazilərdə abadlıq-quruculuq işləri görərək cənnət yaratmağa qadirdir. Sadəcə, problemin sülh yolu ilə həllini istəyir, qan tökülməsini, anaların övlad dağı görməsini istəmir. Ermənistanın terrorçu hakimiyyəti anlamalıdır ki, Azərbaycan gec-tez öz ərazilərinin işğaldan azad edəcək, tarixi torpağımız olan Qarabağda ikinci erməni dövləti heç zaman yaradılmayacaq. Ona görə də məsləhətdir ki, Azərbaycan Ordusu silaha sarılana qədər torpaqlarımızdan çıxıb getsinlər”.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında