“Xalqımızın yüksək seçki mədəniyyəti hamıya məlumdur”

Bu fikri bizimlə söhbətində Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov bildirdi. O dedi:

– Son illər Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində beynəlxalq arenada nüfuzu artan ölkəmiz söz sahibinə çevrilib. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilmir. Bu da respublikamızın beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrilməsindən xəbər verir.

Respublikamız regionda sürətli inkişafı və sabitliyi ilə seçilən bir dövlətdir. Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, bir çox dövlətlərə nümunə göstərir. Bir ölkənin bu səviyyəyə gəlib çatması onun liderinin doğru seçilməsindən, həmin liderin verdiyi vədlərə sadiq qalmasından, xalq qarşısında məsuliyyəti dərk etməsindən asılıdır. Azərbaycanın bugünkü inkişafı və sabitliyi xalqımızın prezident seçkilərində düzgün seçim etməsinin nəticəsidir.

Mən mədəniyyət işçisiyəm. Son 15 il ərzində mədəni həyatımızda baş verən yeniliklər göz qabağındadır. Beynəlxalq mədəni əlaqələrimiz ildən- ilə genişlənir. Azərbaycan nüfuzlu beynəlxalq musiqi, teatr, kino festivallarında iştirak edir, dəfələrlə bu festivalların qalibi olmuşdur. Bizim milli-mənəvi dəyərlərimiz UNESCO-nun Bəşəriyyətin Qorunan Mədəni İrs Siyahısına daxil edilmişdir. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür.

Mən Azərbaycanda keçirilən beynəlxalq musiqi festivallarının iştirakçısı olmuşam. Bu festivallar bizim musiqi sənətimizə necə yüksək qiymət verildiyinin əyani nümunəsidir.

Bizim mədəniyyətimiz həqiqətən dünyada tanınır və sevilir. Dünyanın böyük şəhərlərinin konsert salonlarında musiqi xadimlərimizin qazandığı uğurlar qürurverici haldır.

Əlbəttə, bütün bunlar ölkəmizdəki sabitliyin, əmin-amanlığın nəticəsidir. Ölkəmizdə bütün azadlıqların – söz, mətbuat, sərbəst toplaşma, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, həmçinin vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün yaradılmış münbit şərait Azərbaycanın daha böyük sürətlə inkişaf edəcəyini göstərir.

Azərbaycan xalqı bütün seçkilərdə haqqa, ədalətə səs verib. 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə də xalqımızın öz prinsiplərinə sadiq qalacağı şübhəsizdir.

Söhbəti qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında