“Biz dövlətimizin mədəniyyətimizə, musiqimizə göstərdiyi böyük qayğıdan çox razıyıq”

Hər ötən gün bizi prezident seçkilərinə yaxınlaşdırır. Belə ki, müstəqil Azərbaycanın ictimai-siyasi həyatı üçün xüsusi əhəmiyyət kəsb edən bu mühüm siyasi kampaniyaya cəmi səkkiz gün qalır.

Bu günlərdə ölkəmizin həm çap mətbuatında, həm də elektron mediada qarşıdakı seçkilərin əhəmiyyəti ilə bağlı çox sayda fikir və rəylər yer alır. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov da bu barədə həvəslə söz açaraq dedi:

-Bəllidir ki, hər bir demokatik ölkədə seçkilərin keçirilməsində əsas məqsəd əhalinin əksəriyyətinin namizədlərlə bağlı mövqeyini müəyyən etməkdir. Bu, demokratiyanın qızıl qaydasıdır. Xalq layiq bildiyi namizədə səs verir.

Seçkilər o vaxt ədalətli hesab olunur ki, bu proses azad və şəffaf keçirilsin. Xoşbəxtlikdən, müstəqil Azərbaycan seçkiləri azad, şəffaf seçkilər keçirməyi bacaran sivil, demokratik ölkələrdən biridir. Bu, çox böyük nailiyyətdir.

Məlumdur ki, azad, sərbəst seçkilərin keçirilməsi üçün hər bir ölkədə, ilk növbədə, siyasi iradə lazımdır. Azərbaycan dövləti, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də siyasi iradə ortaya qoyaraq, 11 apreldə seçkilərin ən yüksək dünya standartları səviyyəsində keçirilməsində maraqlı olduğunu bəyan edib. O biri tərəfdən, ölkəmizdə seçki mədəniyyəti kifayət qədər yüksəkdir. Yeri gəlmişkən, ən mötəbər beynəlxalq təşkilatların təmsilçiləri bu barədə dəfələrlə öz müsbət rəylərini bildiriblər.

Mən seçkilərin əhəmiyyətini vurğulamaqla yanaşı, son illər dövlətimizin milli mədəniyyətimizin inkişafına göstərdiyi xüsusi diqqət barədə də söz açmaq istəyirəm. Biz – incəsənət adamları dövlətimizin mədəniyyətimizə, musiqimizə göstərdiyi böyük qayğıdan çox razıyıq. Bu istiqamətdə Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən görülən böyük işləri dərin minnətdarlıq hissilə vurğulamaq istəyirəm.

Sonda fürsətdən istifadə edərək ölkə vətəndaşlarını bu il aprelin 11-də səsvermə məntəqələrinə gələrək, dövlət başçısı vəzifəsinə ən layiqli namizədə səs verməyə çağırıram. İnanıram ki, Azərbaycan vətəndaşları seçkilərdə yenidən yüksək mütəşəkkillik nümayiş etdirəcəklər. 

Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında