Bahar CƏFƏROVA: Azərbaycan xalqı prezident seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir

11 aprel prezident seçkiləri ilə bağlı suallarımızı filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Bahar Cəfərova cavablandırır:

– Seçkilərə sayılı günlər qalır. Mən televiziya, mətbuat vasitəsilə seçkilərə hazırlığın vəziyyəti ilə bağlı materialları diqqətlə izləyirəm. Qənaətim belədir ki, bizim seçkilərin keçirilməsi ilə bağlı zəngin təcrübəmiz aprelin 11-də də öz müsbət nəticəsini göstərəcək. Müstəqilliyimiz dövründə keçirilən bütün seçkilərdə iştirak etmişəm. İnanmışam ki, xalqımız öz seçimində heç zaman səhv etmir. Ulu öndərin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi günləri yaxşı xatırlayıram. O vaxt xalq öz xilaskarını hakimiyyətə gətirdi, ulu öndər Heydər Əliyev bu inamı doğrultdu və ölkəmizi dağılmaq təhlükəsindən islahatlar yoluna çıxardı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Bu yol Heydər Əliyevin başladığı islahatlar yoludur. Bu yol Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirib. Azərbaycan dünyada inkişaf sürətinə görə öncüllər sırasındadır.

Son illər elm, mədəniyyət, səhiyyə sahəsində qazanılmış uğurlar sosial həyatımızın daha da zənginləşməsini sürətləndirib. Alimlərimizin güzəranı ildən-ilə yaxşılaşır. İndi Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısı öz müsbət nəticəsini vermişdir. Elmin digər sahələrində olduğu kimi humanitar elmlərin də inkişafında yeni mərhələ başlanmışdır.

Tariximizlə, xüsusilə Qarabağın tarixinin araşdırılması ilə bağlı yeni fundamental tədqiqat əsərləri nəşr olunur, bu kitablar beynəlxalq miqyasda təbliğ olunur.

Azərbaycan alimləri yaxşı bilirlər ki, onlara yaradılan bu şəraitin davam etdirilməsi qarşıdan gələn prezident seçkilərindən çox asılı olacaq. Onu da bilirlər ki, demokratiyanın bərqərar olduğu Azərbaycanda bu seçkilər ədalətli, şəffaf şəkildə keçiriləcək və xalqımız öz inkişaf yolunu davam etdirəcək.

Söhbəti qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında