“Vətənə bağlılığımız hər şeydən yüksək olmalıdır”

“Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Cəmiyyətin aparıcı qüvvəsi olan gənc nəsil bu önəmli siyasi kampaniyada mütəşəkkil şəkildə iştirak edəcək. Xalqımız xoşbəxt gələcəyə olan ümidlərini gənc nəsillə bağladığı üçün daim axtarışda olan, yeniliyə meyilli gəncliyimiz müasir müstəqil Azərbaycanın yüksəliş yolundakı tərəqqisinə dəyərli töhfələrini vermək üçün böyük səylər göstərir. Başqa cür ola bilməz. Vətənə bağlılığımız hər şeydən yüksək olmalıdır.

Bugünkü gəncliyimiz müstəqil Azərbaycanın yetirmələridir. Onlar həyatın bütün sahələrində - ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni və idman həyatında aparıcı mövqe tutmaq üçün dayanmadan üzərlərində çalışırlar. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan gəncliyi  yenilməz qüvvəyə, yüksək potensiala malikdir və cəmiyyətin inkişafında onun rolu getdikcə yüksəlir. Ölkəmizdə gəncliyin inkişafı həmişə diqqət mərkəzində olmuşdur və bu sahəyə dövlət qayğısı getdikcə artır. Təsadüfi deyil ki, gənc nəsil Azərbaycan tarixində ən böyük nailiyyətlərə məhz müstəqillik dövründə imza atıb”.

Prezident seçkiləri ərəfəsində bu sözləri redaksiyamızın qonağı olan Olimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı Toğrul Əsgərov dedi.  İdmançıların prezident seçkilərində fəal iştirak edəcəklərini bildirən gənc idmançı qeyd etdi ki, hər kəs vətəndaşlıq borcunu yerinə yetirməlidir: “Seçkilər azaddır və vətəndaşlar iştirak edib, fikirlərini müstəqil şəkildə ifadə etməlidirlər. Xalqımız üçün çox mühüm olan bu siyasi kampaniyaya məsuliyyətlə yanaşmalıyıq. Seçkilərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. İdmançılarımız Azərbaycanımızı daha güclü, qüdrətli görmək arzusu ilə yaşayırlar. Ölkəmiz inkişaf etdikcə idman uğurlarımız daha da artır, nailiyyətlərimiz dünyaya səs salır. Ölkəmizin bugünkü inkişafı idmançılara yenilməz güc verir. Beynəlxalq arenalarda yalnız qələbə uğrunda mübarizə aparırıq. Rio Olimpiadasında atletlərimiz Azərbaycan idman tarixinə yeni səhifə yazdılar. Növbəti Olimpiya Oyunlarında qələbələrimiz daha da çox olacaq. Çünki müasir müstəqil Azərbaycan tərəqqi yolundadır və bu yol bizi daha parlaq gələcəyə aparır. Prezident seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edib, layiqli namizədə səs verəcəyik.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında