“Pambıqçılığın inkişafı ölkəmizin ixrac imkanlarını daha da genişləndirəcək”

Məlum olduğu kimi, bu günlərdə Bərdədə  pambıqçılığın inkişafı məsələlərinə həsr olunmmuş respublika müşavirəsi keçirilib. Tədbirdə bu gəlirli sahənin ölkəmizdə kənd təsərrüfatının inkişafında xüsusi önəm daşıdığı vurğulanıb və perspektivləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, ölkə KİV-i müşavirə barədə ictimaiyyəti kifayət qədər geniş məlumatlandırıb. Sevindirici haldır ki, son günlər mediada tədbirlə bağlı əhalinin ən müxtəlif zümrələrini təmsil edən insanların rəy və təklifləri yer alır.  Dünya Azərbaycanlıları Mərkəzinin rəhbəri Zaur Mirzəzadə bu barədə danışarkən dedi:

– Mən xarici ölkələrdə tez-tez oluram. Nə gizlədək, bu vaxta qədər Azərbaycan iqtisadiyyatından söz düşəndə, ilk növbədə, neft yada düşürdü. Bu, təbiidir. Azərbaycan öz zəngin hidrokarbon ehtiyatları ilə tanınır.

Lakin hər dəfə həmsöhbətlərimi inandırmağa çalışıram ki, bizim “qara qızıl”ımızla bərabər, “ağ qızıl”ımız da var. Yeri gəlmişkən, Bərdə rayonunda keçirilən tədbirin materialları ilə diqqətlə tanış olmuşam. Qənaətim budur ki, Azərbaycan dövləti bu istiqamətdə davamlı və ardıcıl işlər görmək əzmindədir. Hamı kimi, əlbəttə, bunu mən də təqdir edirəm.

Bəllidir ki, pambıqçılığın Azərbaycanda qədim ənənələri var. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində ölkəmizdə orta hesabla 800-1 milyon tona qədər pambıq tədarük edilirdi. O vaxt pambıq ölkə büdcəsinə böyük gəlir gətirirdi. Əminəm ki, “ağ qızıl” yenidən kənd adamlarının güzəranına öz müsbət təsirini göstərəcək.

Son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Təqdirəlayiq haldır ki, ölkəmizdə ­qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Hesab edirəm ki, pambıqçılığın inkişafı ölkəmizin ixrac imkanlarını daha da genişləndirəcək.

Sözügedən müşavirədə qaldırılan vacib məsələlərdən biri pambıq sahələrinin məhsuldarlığının artırılması ilə bağlı idi. Bu, çox vacibdir. Məhsulun maya dəyərinin aşağı olması gəlirin artmasına birbaşa təsir göstərir. Belə olarsa, ölkəmizdə bu sahədə çalışan əmək adamlarının qazancları daha da artacaq. Əminəm ki, Azərbaycan fermerləri bu istiqamətdə tezliklə birincilər sırasına çıxacaqlar.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında