Tamam Cəfərova: Prezident seçkilərinə hazırlıq beynəlxalq standartlara tam uyğundur

Təqvimdən keçən hər gün bizi aprelin 11-də keçiriləcək prezident seçkilərinə bir qədər də yaxınlaşdırır. Həmin gün seçki prosesini izləyəcək beynəlxalq müşahidəçilərin sayı getdikcə artır. Artıq “exit-poll” keçirəcək təşkilatlar da qeydiyyatdan keçiblər. Göründüyü kimi, bu il keçiriləcək prezident seçkiləri də beynəlxalq aləmdə diqqətlə izlənilir.

Prezident seçkilərinə hazırlıq mərhələsi, ümumiyyətlə bu vaxta qədər ölkəmizdə keçirilən seçkilərə münasibət bildirmək üçün Bakı Dövlət Universitetinin dosenti Tamam Cəfərovaya müraciət etdik. O dedi:

– Mənim seçki prosesində təcrübəm böyükdür. On il Mərkəzi Seçki Komissiyasının üzvü olmuşam. Bu müddətdə
2 dəfə bələdiyyə, 2 dəfə parlament, 2 dəfə isə prezident seçkilərinin iştirakçısı olmuşam. Seçkilərə 60 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən Təqvim Planı hazırlanır və seçki prosesi bu təqvim əsasında aparılır. Hər şey qanun çərçivəsində həyata keçirilir. Ona görə də bu vaxta qədər keçirilən bütün seçkilərdə namizədliyin qeydə alınmasında, təbliğat-təşviqat kampaniyasının təşkilində, seçici siyahılarının tərtibində, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətində hər hansı bir narazılıq və ya qanun pozuntusu qeydə alınmayıb. Seçkilər şəffaf və demokratik prinsiplərə uyğun keçirilib.

Builki prezident seçkilərinə hazırlıq işləri də Təqvim Planına uyğun aparılır. Namizədlərin qeydə alınması, imzatoplama və təbliğat-təşviqat kampaniyaları qanun çərçivəsində aparılır. Prezident seçkilərinin gedişini izləmək üçün artıq respublikamıza gələn beynəlxalq müşahidəçilərin keçirdikləri “dəyirmi masa”larda iştirak etmək üçün dəvət alıram. Həmin tədbirlərdə xarici ölkələrdən gəlmiş ekspertlərin prezident seçkilərinə hazırlıq işlərinin beynəlxalq standartlara uyğun aparılmasından, həmçinin Seçki Məcəlləsinin demokratikliyindən razılıq etdiklərinin şahidi oluram.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında