“Azərbaycanın demokratik seçki keçirmək təcrübəsi dünyaya məlumdur”

Ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı suallarımızı Xalq rəssamı, Prezident təqaüdçüsü Altay Hacıyev cavablandırır.

– Səksən yeddi yaşım var. Azərbaycanda həm sovet dövründə, həm də müstəqillik illərində keçirilən seçkilərin fəal iştirakçısı olmuşam. Son illər keçirilən seçkilər öz mahiyyətinə görə fərqlənir. Bilirsən ki, öz dövlətinin sabahına, xoşbəxt gələcəyinə səs verirsən. Bu, çox vacib məsələdir.

Mən ilk dəfə xalqımızın seçkilərdə daha çox fəallığını ulu öndər Heydər Əliyevin birinci dəfə müstəqil Azərbaycanın Prezidenti seçilərkən görmüşdüm. Xalqımız o vaxt öz xilaskarına səs verirdi. Ulu öndər xalqın etimadını doğrultdu, onu bəlalardan xilas etdi.

Sonralar baş verən hadisələrin də canlı şahidiyəm. Ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanımız islahatlar yoluna qədəm qoydu, inkişaf etdi, ən başlıcası isə dünyada tanındı. Sonrakı illərdə ümummilli liderin başladığı islahatlar davamlı olaraq həyata keçirildi, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi. Bu, mədəniyyətin, incəsənətin inkişafına da öz müsbət təsirini göstərdi. Son dövrlərdə Azərbaycan rəssamlarının qazandığı uğurlar mənə yaxşı tanışdır. Dövlətimizin dəstəyi sayəsində bu gün rəssamlarımızın əsərləri dünyanın məşhur muzeylərinin sərgi salonlarında nümayiş etdirilir, Azərbaycan rəssamları beynəlxalq miqyasda yaxşı tanınır və sevilir.

Son illər gənc rəssamlara xüsusi qayğı göstərilir. Onlara emalatxanalar verilir, mənzillə təmin olunur və fəxri adlara layiq görülürlər.

Sinnimin bu vədəsində Azərbaycanımızın belə qüdrətli dövlətə çevrilməsindən qürür hissi duyuram. Mən bu seçkilərdə də iştirak edəcəyəm. Bilirəm ki, sənət adamları da 11 aprel seçkilərində xüsusi fəallıq göstərəcəklər. Mən onları həmin gün seçki məntəqələrinə gəlib, prezidentliyə layiqli namizədə səs verməyə çağırıram. Ölkəmizin gələcək taleyi bu seçkilərdən çox asılıdır.

Söhbəti qələmə aldı:
M. MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında