Azərbaycanın sosial-iqtisadi uğurları seçici fəallığının daha da artmasına müsbət təsir göstərib

1993-cü ildən indiyədək ölkəmizdə təşkil olunan bütün seçkilər demokratik prinsiplərə uyğun təşkil olunub. Bu fikri Efiopiyanın Azərbaycandakı fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirdi.

Ceyhun Ələkbərov vurğuladı ki, Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti var. Belə şərait ulu öndər Heydər Əliyevin qanunçuluq, hüquq qaydaları ilə bağlı kursuna dönmədən əməl olunması sayəsində, demokratik seçki praktikasının tədricən təkmilləşdirilməsi, seçki təcrübəsinin artırılması ilə yaradılıb. Bu zaman seçkilərin şəffaflığını reallaşdırmaq üçün zəngin demokratiya tarixi olan ölkələrdə tətbiq olunan mexanizmlərdən, müasir informasiya texnologiyalarının son nailiyyətlərindən geniş istifadə edilib.

“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri daha sonra dedi: “11 aprel prezident seçkilərində ölkə vətəndaşlarının inandığı, ümid bəslədiyi şəxs böyük və inamlı qələbə qazanacaq. Bu qələbənin kökündə, əsasında isə ulu öndərimizin Azərbaycana rəhbərliyə qayıdışından indiyədək əldə edilən çoxsaylı uğur və nailiyyətlərin qorunub saxlanılması, respublikamızın daha da inkişaf etdirilməsi, xalqımızın sosial-rifah halının dünyanın aparıcı ölkələri səviyyəsinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər dayanır”.

Ceyhun Ələkbərov söhbətində fikrini konkret faktlarla əsaslandırdı: “Son 14 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafın dönüş mərhələsi kimi daxil olub. Bu dövrdə uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat 3 dəfədən çox artıb, yoxsulluq həddi 50 faizdən 5 faizə endirilib, başqa sözlə, təxminən 10 dəfə azaldılıb, 1 milyon 900 min yeni iş yeri yaradılıb. Maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri isə orta hesabla 2,6 dəfə artıb.

Sosial infrastrukturun yenilənməsi sahəsində mühüm uğurlar əldə edilib. Belə ki, 2003-2017-ci illərdə 3100 məktəb tikilib və ya əsaslı surətdə təmir olunub, 642 xəstəxana istifadəyə verilib, 43 müasir idman kompleksi yaradılıb.

Məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 92 qəsəbə və yaşayış kompleksi, 48,3 min mənzil və ya fərdi ev tikilib, 245 min məcburi köçkün müasir mənzillərlə təmin olunub. Cari ildə isə 20 mindən çox məcburi köçkünün yaşayış şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Bu siyasətin davam etdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub”.

Fəxri konsul sonda bildirdi ki, bütün bu nailiyyətlər Azərbaycanda seçici fəallığının daha da artmasına öz müsbət təsirini göstərib. Elə buna görə də indidən əminliklə demək olar ki, aprelin 11-də xalqımız öz xoşbəxt gələcəyi naminə məntəqələrə üz tutacaq və istədiyi namizədə səs verəcək.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında