“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib”

Bu sözləri bizimlə söhbətində Xalq artisti, kinorejissor Oqtay Mirqasımov dedi.

– Ölkəmizdə ulu öndərin başladığı islahatların davamlı şəkildə həyata keçirilməsi bütün sahələrdə qazanılmış uğurların başlıca səbəbidir. İndi beynəlxalq miqyasda keçirilən rəy sorğularında Azərbaycan ön yerlərdən birini tutur.

Mən ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrin canlı şahidiyəm. Azərbaycan dağılmaq təhlükəsi ilə üzləşmişdi. Əgər ulu öndər belə bir vəziyyətdə xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan söz yox ki, ciddi problemlərlə qarşılaşardı.

Amma ulu öndər Azərbaycanı xilas etdi, onu inkişaf, tərəqqi yoluna çıxardı. Bu gün də ölkəmiz bu inkişaf yolunda uğurla irəliləməkdədir. Dövlətimizin beynəlxalq nüfuzu ildən-ilə artır, Azərbaycan, demək olar ki, bu gün əksər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.

Mən mədəniyyət işçisiyəm və ölkədə həyata keçirilən mədəniyyət siyasəti ilə yaxından tanışam. Azərbaycan son illər beynəlxalq mədəni tədbirlərin keçirildiyi məkana çevrilib. Mədəniyyətlərarası dialoq forumları və Humanitar forumlar Azərbaycanın multikultral dəyərlərə sadiq bir ölkə olduğunu dünyaya bəyan etmişdir. Belə tədbirlər ölkəmizin imicini yüksəldir, onu dünyada tanıdır.

Görün Azərbaycanın nə qədər maddi və mənəvi mədəniyyət nümunələri UNESCO-nun bəşəriyyətin qorunan mədəni irs ­siyahısına daxil edilmişdir. Bizim ölkəmizdə İslami dəyərlərin qorunmasına dövlər tərəfindən xüsusi diqqət göstərilir. İSESCO beynəlxalq təşkilatı ilə yaxın əlaqələr qurulmuşdur.

Kinorejissor kimi onu deyə bilərəm ki, milli kinomuz son illər inkişaf yolundadır. Dövlət sifarişi ilə filmlər çəkilir, gənclərin kino sənətinə gəlişi üçün tədbirlər görülür, özəl kino şirkətlərinin fəaliyyətinə dəstək verilir və s.

Biz, mədəniyyət işçiləri bütün Azərbaycan xalqı ilə birgə ölkəmizdə keçiriləcək prezident seçkilərini səbirsizliklə gözləyirik. Bu seçkilərdə iştirak etmək hər bir seçicinin vətəndaşlıq borcudur. Vətənin gələcək inkişafı, söz yox ki, bu seçkilərdən çox asılıdır. İnanıram ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri xalqımızın həmrəyliyinin, haqqa, ədalətə sədaqətinin nümunəsinə çevriləcək.

Söhbəti qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında