Dinamik və dayanıqlı inkişafa verilən səs Azərbaycanı daha qüdrətli edəcək

XXI əsrdə ölkəmizin sürətli tərəqqisi, onu  dünyaya layiqincə tanıtmış ulu öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” – fikrini həqiqətə çevirmişdir. Mürəkkəb geosiyasi şəraitdə məhz dövlətin çevik islahat proqramları sayəsində dünya maliyyə və iqtisadi böhranının ölkəmizdə törədə biləcəyi  fəsadlar minimuma endirilmişdir. Dünyada davam edən və daha təhlükəli xarakter alan iqtisadi  kataklizmlər şəraitində belə, ölkəmizdə bütün  sosial proqramlar davam etdirilmiş,  insanların rifah halını yüksəltmək üçün sistemli tədbirlər  həyata keçirilmişdir.

Dövlətin uzun müddətə hesablanan inkişaf strategiyasının davamlı şəkildə həyata keçirilməsi sosial-iqtisadi rifah halının yüksəlməsini təmin etmiş, Azərbaycan ictimai həyatın bütün sahələrində görünməmiş uğurlar əldə etmişdir. Bu gün inamla demək olar ki, milli iqtisadiyyatın bütün  sahələrində davamlı makrosabitliyin müsbət nəticələri özünü təsdiqləmişdir. Ölkədə yoxsulluq və işsizlik səviyyəsi ən aşağı həddə enmiş, sosial təminat sistemi şəffaflaşmış, gənclərə dövlət qayğısı günün reallığına çevrilmişdir.

Bu gün respublikanın bütün regionları dinamik və tarazlı inkişaf etməkdədir. Bilavasitə hökumətin təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional inkişaf proqramlarının nəticələri, nüfuzlu xarici ekspertlər tərəfindən dünyanın qiymətli təcrübəsi kimi qiymətləndirilir. Ölkənin  əksər rayonlarında sənaye parkları və sənaye məhəllələrinin yaradılması regional infrastrukturun daha sürətlə inkişafına öz töhfələrini verməkdədir.  Artıq regionlardakı sənaye parkları və sənaye məhəllələri fəailyyət göstərdikləri bölgələrin simasını dəyişir, hər addımda müasirlik və tərəqqi gözə çarpır. Yüksək texnoloji əsasda qurulan sənaye sahələrində müasir standartlara cavb verən məhsul istehsalı idxalın məhsulla əvəzlənməsində mühüm rol oynayır. Elmə və təhsilə daimi dövlət qayğısı sayəsində milli innovasiya sistemi zamanın tələbləri səviyyəsində inkişaf etməkdədir. İndi Azərbaycan brendləri dünya bazarında çox maraqla qarşılanır və öz layiqli yerini tutmaqdadır. 

Azərbaycan özünün enerji təhlükəsizliyini yüksək səviyyədə təmin etməklə yanaşı, nəinki qonşu dövlətlərin, habelə Qərbi Avropanın enerji təminatında da mühüm rol oynamaqdadır. Buna baxmayaraq, qeyri-neft sektorunda məhsul istehsalının artımı təmin olunmuş, neft amilindən asılılıq dəfələrlə aşağı salınmışdır. Xüsusilə, kənd təsərrüfatında son illər ciddi dönüş baş vermiş, dövlətin ərzaq təhlükəsizliyi proqramının təmin edilməsi istiqamətində danılmaz uğurlar əldə edilmişdir. Dövlətin diqqət və qayğısı ilə kənd təsərrüfatı qarşısına qoyulan böyük vəzifələrin icrası üçün etibarlı normativ-hüquqi baza və iqtisadi zəmin formalaşdırılmışdır.

Sənayedə olduğu kimi, aqrar sahə də şaxələndirilimiş, innovasiyalı fəaliyyət sahələrinə dövlətin maliyyə dəstəyi ardıcıl şəkildə davam etdirilmişdir. Artıq kənd təsərrüfatı məhsulları ixracında ciddi müsbət dinamika əldə edilmiş, idxaldan asılılıq azaldılmışdır. Kənd ərazilərində işgüzar fəallıq yüksəlməkdə, çoxfunksiyalı kənd təsərrüfatı formalaşmaqda və inkişaf etməkdədir. Əldə edilən ən parlaq göstərici kəndlərimizdə məşğulluq səviyyəsinin yüksəlməsi, məşğulluğun strukturunun yaxşılaşması və ən əsası, yaxşı gəlirin əldə edilməsidir.

Ona görə də bu gün aqrar sahənin innovasiyalı-intensiv inkişafına dövlət dəstəyi sistemi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və digər ölkələrə nümunə kimi tövsiyə olunur. Aqrar elmin maddi-texniki bazası büsbütün yenilənmiş, dünya standartları səviyyəsinə çatdırılmışdır.

Azərbaycan təşəbbüskarı və aparıcı qüvvəsi olduğu böyük regional layihələri müvəffəqiyyətlə icra etməklə nəinki Cənubi Qafqazda, habelə beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Dünya təsərrüfat sisteminə inamla inteqrasiya edən dövlətimiz ən etibarlı tərəfdaş kimi tanınmışdır.

Daha qüdrətli, dinamik və dayanıqlı inkişaf edən vətənimizdə hər bir insanın rifahı və onun həyatın səviyyəsinin keyfiyyəti daim ön plandadır. Bu gün çiçəklənən Azərbaycan naminə daha mütəşəkkil vətəndaş cəmiyyəti formalaşır.

Azərbaycanda xalqın iradəsinə arxalanmaq demokratik və hüquqi dövlət quruculuğunun mühüm prinsiplərindəndir. Müstəqilliyin son iki onilliyində ölkəmizin sivil bazar münasibətləri quruculuğunda əldə etdiyi nailiyyətlərdə bu amil həlledici rol oynamışdır. Əminliklə deyə bilərik ki, hər bir vətəndaşımız öz potensialı və səyi ilə dövlətinin gələcəyi naminə fəallıq göstərəcək, xalqımızın  titanik əməyi ilə əldə edilmiş uğurları daha da artırmağa səs vermək üçün seçki məntəqəsinə gələcəkdir. Bununla da, o vətəndaşlıq borcunu yerinə yetirəcək, Azərbaycanın dinamik və dayanıqlı inkişafına, onun daha qüdrətli olmasına dəstək verəcəkdir.

Rəsul BALAYEV,
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin
baş direktoru, iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında