“Azərbaycan dünyanın sivil ölkələrindən biridir”

Xalq artisti , “Şöhrət” ordenli Rafiq Əzimov prezident seçkiləri ilə bağlı fikirlərini bizimlə bölüşür:

– Ölkəmiz çox əhəmiyyətli bir siyası kampaniya ərəfəsindədir. 11 aprel seçkilərinə hazırlıq işləri yüksək səviyyədə təşkil olunmuşdur. Azərbaycan xalqı müstəqillik dövründə demokratik inkişaf yolu keçmişdir. Bu illərdə ölkəmizdə söz, mətbuat azadlığı bərqərar olmuş, xalqımız keçirilən bütün seçkilərdə azad, müstəqil fikir bildirmək imkanı qazanmışdır.

Mən mədəniyyət sahəsində çalışıram və bu sahədə fəaliyyət göstərən insanların seçkilərə münasibətini yaxşı bilirəm. Bilirəm ki, sənət adamları yaxşını pisdən ayırmağı bacarırlar. 90-cı illərin əvvəllərində vəziyyət o yerə çatmışdı ki, teatrlar, kinostudiya bağlanmaq ərəfəsində idi. O dövr hakimiyyətdə olanların sənət barədə heç düşünmək imkanları yox idi. Mən həmin illərin canlı şahidiyəm. Sənət dostlarımızın çoxu ölkədən getdi. Amma ulu öndər bu ölkəni xilas etdi. Bu gün ümummilli liderin başladığı islahatlar uğurla davam etdirilir.

Son illər ölkəmizdə mədəniyyətə, o cümlədən teatr sənətinə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir. Bu il Azərbaycan teatrının yaradılmasının 145 illiyi təntənə ilə qeyd olundu. Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə bir sıra maraqlı tədbirlər keçirildi. Aktyorlarımız, rejissorlarımız, digər teatr işçiləri fəxri adlara layiq görüldülər. Teatr işçilərinin sosial vəziyyəti ildən- ilə yaxşılaşır.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilib. Teatrların 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını , Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsini, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsini və günün tələblərinə uyğun repertuarın formalaşmasını nəzərdə tutur.

Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 20-dən çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər. Ötən dövr ərzində Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlmişdir. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşdur.

Mədəniyyət işçiləri bir həqiqəti yaxşı bilirlər ki, ulu öndərin mədəniyyətin inkişafı ilə bağlı başladığı inkişaf konsepsiyası davam etdirilməlidir. Bu konsepsiyanın əsasında tərəqqi, xoşbəxt gələcəyə inam dayanır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında