Azərbaycanda mövcud olan seçki ənənələri böyük tarixə malikdir

Akademik, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun sechki-2018.az saytına müsahibəsi

– Yaqub müəllim, prezident seçkilərinə az müddət qalıb. İctimai-siyasi xadim kimi, ölkədəki seçki mühitini, cəmiyyətimizin seçki mədəniyyətini necə dəyərləndirirsiniz?

– Azərbaycanda mövcud olan seçki və demokratiya ənənələri böyük tarixə malikdir. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara ilk dəfə seçki hüququ verilib. Bunlar bizim dəyərlərimizdir. Biz bu dəyərləri tarixboyu unutmadıq, yaşatdıq və müstəqilliyimizi yenidən bərpa etdikdən sonra daha da inkişaf etdirdik. Bu gün Azərbaycan Konstitusiyası dünyanın ən demokratik qanunlarının toplandığı mühüm sənəddir. Bu inkişafın kökündə ölkəmizin güclü və mütərəqqi  yol seçməsi dayanır. Azərbaycan vətəndaşları konstitusiya qarşısında bərabərdir. İndiyə qədər olan bütün seçkilərin, xüsusilə prezident seçkilərinin necə demokratik keçdiyinin şahidiyəm. Seçki fəallığı, ab-havası da bilavasitə ölkənin inkişafı ilə bağlıdır. Bu gün Azərbaycanın inkişaf modeli dünyada qəbul edilir və öyrənilir. Qəbul edilən qərarlarda, qanunlarda xalqımızın sosal-rifahının yüksəldilməsindən tutmuş bütün məsələlər nəzərə alınır. Seçki prosesində də heç bir məqam diqqətdən kənarda qalmayıb, bütün proseslər dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələrinin standartlarına tam cavab verir. Bütün bunlar xalqımızda da böyük ruh yüksəkliyi yaradır. Şübhə etmirəm ki, xalqımız bu inkişafı seçki kampaniyasında aktiv iştirak etməklə dəyərləndirəcək, aprelin 11-də seçki məntəqələrinə gələrək öz fikirlərini azad ifadə edəcəklər. Bunun üçün Azərbaycan vətəndaşlarına hər bir şərait yaradılıb.

– Qarşıdakı prezident seçkiləri Azərbaycana nə vəd edir?

– Bu gün Azərbaycan davamlı olaraq inkişaf edir və regionun ən qüdrətli dövlətinə çevrilib. Ölkəmiz kosmik klubun üzvü olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasına iki il üzv seçilib, bir il isə sədrlik edib. Azərbaycan qlobal iqtisadi layihələrin təşəbbüskarıdır. Bu baxımdan dövlətimizin inkişafı dünyanın nəzərindən qaçmır. Bu seçkilər də dünyanın diqqət mərkəzində olacaq və beynəlxalq müşahidəçilər seçkilərdə həmişə olduğu kimi bu dəfə də fəal iştirak edərək, ölkəmizdəki seçki prosesini yüksək qiymətləndirəcəklər. Prezident seçkilərinin uğurla keçirilməsi və xalqın öz layiqli namizədinə səs verməsi onun gələcəyini müəyyənləşdirəcək. Seçkilərin uğurla baş tutması, xalqın istədiyi namizədi seçməsi isə Azərbaycanın bu günə qədər qazandığı uğurları bir qədər artıracaq və idarəçilik ənənəmizi daha da möhkəmləndirəcək.

– Mərkəzi Seçki Komissiyasının fəaliyyəti haqqında nə deyə bilərsiniz?

– Mərkəzi Seçki Komissiyasının tərkibi peşəkarlardan təşkil olunub. Seçki işinin yaxşı təşkili, bu sistemin formalaşdırılması MSK-nın fəaliyyətinin qənaətbəxş olduğunu deməyə əsas verir. MSK bütün fəaliyyətində qanunvericiliyi əsas tutan və bu istiqamətdə hərəkət edən orqandır. Düşünürəm ki, 11 aprel seçkilərində də MSK öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında