Robert Sekuta: Mən və ailə üzvlərim Azərbaycana yenə gələcəyik

.“Azərbaycanda fəaliyyətim müddətində ən yaddaqalan məsələ əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsi olub”.

ABŞ-ın yaxın günlərdə Azərbaycanı tərk edəcək Azərbaycandakı səfiri Robert Sekuta kütləvi informasiya vasitələrinə açıqlamasında ölkəmiz haqqında xoş sözlər deyib .

O bildirib ki, diplomatik sahədə həmişə nə qədər iş görülsə də, daha çox işə imkan var: “Hər iki xalqın bir-birini daha yaxşı anlaması və daha yaxşı əməkdaşlıq etməsini görmək mümkündür. Mənim hər bir ailə üzvüm Azərbaycanı sevib, ona bağlanıb. Biz mütləq Azərbaycana yenə gələcəyik. Üç ildə ikitərəfli münasibətlərin inkişafında rolu olan bir şəxs kimi, bu münasibətlərin inkişafı məni yaxın­dan maraqlandırır”.

Səfir gələcək planlarının nə olacağı ilə bağlı suala da cavab verib: “Görüləsi işlər çoxdur. Baxıb, götür-qoy edib, hansı işlərlə məşğul olmaq mümkündürsə, onunla məşğul olacağam”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında