Aprelin 11-də 90 yaşım tamam olur

Səsvermə məntəqəsinə özüm gedəcəyəm

.1993-cü ildən bəri respublikamızda keçirilən bütün seçkilərdə şəxsən iştirak etmişəm və heç bir təzyiq, göstərişlə qarşılaşmadan istədiyim namizədə səs vermişəm. Mən bu sərbəstliyi aprelin 11-də keçiriləcək prezident seçkilərində də gözləyirəm.

Bu il keçiriləcək prezident seçkiləri günü – aprelin 11-də 90 yaşım tamam olacaq. Özümü sağlam və gümrah hiss edirəm. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də səsvermədə şəxsən iştirak edəcəyəm. İctimai Televi­ziyada həftənin üç günü ərzində yayımlanan prezidentliyə namizədlərin debatını maraqla izləyirəm. Namizədlərin çıxış­larından sonra artıq seçimimi müəyyənləşdirmişəm.

Mən Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə müxtəlif vəzifələrdə çalışmışam. Həm Sovet hakimiyyəti, həm də müstəqillik dövründə ümummilli liderin respublikamızın inkişafına, milli dəyərlərimizin qorunub saxlanılmasına, ziyalılara, yerli kadrlara qayğı göstərməsini, iq­tisadi, mədəni sahələrdə aparılan islahatlara, ordu quruculuğuna xüsusi diqqət ayırmasını yaxşı xatırlayıram. Hamıya yaxşı məlumdur ki, Azərbaycan Res­publikası məhz Heydər Əliyevin siyasi fəaliyyəti, uzaqgörənliyi sayəsində həm keçmiş SSRİ-də, həm də dünyada tanındı.

Artıq müstəqil dövlətimiz var. Heç kimdən asılı deyilik. Bütün sahələrdə, xüsusilə, ordu quruculuğunda aparılan islahatlar ürəyimcədir. 2016- cı ilin aprelində ordumuzun Ermənistan silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbələr heç vaxt yadımdan çıxmayacaq. Bu qələbə mənim ad günüm ərəfəsində qazanıldı və bunu ən qiymətli hədiyyə kimi qəbul etdim. Allaha şükür olsun ki, güclü, mətin ordu­muz var. Bizdən sonra gələn nəsil rahat yaşayacaq. Əminəm ki, torpaqlarımız düşməndən azad olunacaq. Bu uğurlu siyasətin əsasını böyük tarixi şəxsiyyət Heydər Əliyev qoyub. Bu siyasət indi də layiqincə davam etdirilir. Bu siyasət Azərbaycanın müstəqilliyini əbədiyyətə çevirdi, ictimai- si­yasi sabitliyi qoruyub saxladı, ölkəmizi dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşdu, əhalinin həyat tərzini getdikcə yüksəltdi. Bu gün Azərbaycanda olan əmin-amanlıq, dinc yaşayış hər birimiz sabaha olan inamını daha da artırır.

Aprelin 11-də keçiriləcək prezident seçkiləri mənim üçün ikiqat əlamətdar olacaq. Həm 90 yaşım tamam olacaq, həm də ölkəni qarşıdakı 7 ildə idarə edəcək prezidenti seçəcəyik. Mənim dəstəklədiyim, ürəyimcə olan prezidentin seçilməsi 90 yaşıma ən qiymətli hədiyyə olacaq. Mən bu ahıl yaşım­da şəxsən səsvermədə iştirak edəcəyəm və haqqa-ədalətə səs verəcəyəm.

Nəcəf MUSTAFAYEV,
Qəbələ şəhəri, Əmək veteranı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında