“Xarici müşahidəçilərin seçkilərə marağı prosesin şəffaflığı ilə əlaqədardır”

Seçki hər bir ölkənin tarixində əhəmiyyətli hadisədir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu tarixi hadisəyə dəfələrlə şahidlik edib. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev bildirib.

O qeyd edib ki, Azərbaycan bu sahədə kifayət qədər təcrübə əldə edib, seçki qanunverici­liyi beynəlxalq standartlara uyğunlaşdırılıb: “Seçkinin təşkili və keçirilməsi prosesi, barmaqların boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması və digər məsələlər MSK rəhbərliyinin bu prosesi ədalətli və şəffaf təmin etməsinin bariz göstəricisidir”.

Qurum rəhbəri xari­ci müşahidəçilərin seçkiyə marağını bu prosesin şəffaf və demokratik keçirilməsi ilə əlaqələndirir.

“Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür. Artıq MDB müşahidə missiyası, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası seçki müşahidə missiya­sı, müxtəlif beynəlxalq QHT-lər ölkəmizdə keçirilən seçki prosesini müşahidə edirlər. Bu əməkdaşlıqlar ümumi prosesə müsbət təsir edir, həm də digər tərəfdən, qarşılıqlı təcrübənin artmasına öz müsbət təsirini göstərir”, - deyə R.Quliyev vurğulayıb.

Rəşad Quliyev sonda Dünya Azərbaycanlıları Assambleyası olaraq nəinki Almaniyada, eləcə də, dünyanın müxtəlif ölkələrinə səpələnmış həmyerlilərimizi seçki prosesində fəal iştiraka səslədiyini bildirib.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında