“Azərbaycan mədəniyyəti dünyanı fəth edir”

Xalq artisti, Dövlət mükafatı laureatı Xuraman Qasımovanın seçkiöncəsi düşüncələri

– Azərbaycan xalqının zəngin seçki keçirmək təcrübəsi var. Bizim ölkədə keçirilən seçkilərdə həmişə haqq, ədalət əsas prinsip olub. Elə bu seçkilərdə də belə olacağı şübhəsizdir.

Mədəniyyət işçiləri seçkilərdə həmişə öndə olublar. Çünki onlara qayğı, diqqət həmişə yüksək olub. Ölkədə mədəniyyət siyasəti uğurla həyata keçirilir. Haqlı ola­raq deyirlər ki, Azərbaycan mədəniyyəti dünyanı fəth edir. Dünyanın, demək olar ki, əksər ölkələrində Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük maraq yaranmışdır. Xarici ölkələrdə, mütəmadi olaraq, Azərbaycan mədəniyyəti günləri, kino gecələri, rəsm sərgiləri, musiqi bayramları təşkil olunur, milli-mənəvi dəyərlərimiz bu gün UNESCO-nun qorunan mədəniyyət nümunələri sırasındadır. Bu, qürurverici haldır.

Milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində Azərbaycanın Birinci vitse-pre­zidenti, Heydər Əliyev Fondu­nun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var.

Bu gün paytaxtımı­zın mədəni həyatı da əsaslı şəkildə yenidən qurulmuşdur. Mədəniyyət müəssisələrimizin əksəriyyəti təmir olunaraq istifadəyə verilmişdir. Təkcə paytaxtımızda deyil, regionları­mızda da mədəniyyətin inkişa­fına xüsusi diqqət yetirilir. Elə bu yaxınlarda Gəncə şəhərində yeni möhtəşəm filarmoniya binasının tikilib istifadəyə verilməsi bu qayğının parlaq nümunəsidir.

Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. Xalqımız yaxşı bilir ki, bu inkişaf həyata keçirilən düzgün siyasi kursun nəticəsidir. Mən inanıram ki, mədəniyyət işçiləri bu kursa, bu inkişafa səs verəcəklər.

Söhbəti qələmə aldı: M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında